Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1023/2024 16.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əizamin oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Əizamin oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Əizamin oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əizamin oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Əizamin oğlu müvafiq cəriməni və dəbbə pulunu ödədiyi üçün inzibati məsuliyyətdən azad edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-in DYP Web Portalından çıxarışından görünür ki, Şəxs Əizamin oğlu xx.xx.2024-cü il tarixdə İXP ******* saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 (altmış) manat, xx.xx.2024-cü il tarixdə EQ 22649208 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat, xx.xx.2024-cü il tarixdə EQ 22630591 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 (əlli) manat, xx.xx.2024-cü il tarixdə EQ 22206280 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 (əlli) manat, xx.xx.2024-cü il tarixdə EQ 22193851 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat, xx.xx.2024-cü il tarixdə EQ 21621093 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat, xx.xx.2024cü il tarixdə EQ 21607932 saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Şəxs Əizamin oğlu İXP ******* saylı protokola əsasən 60 (altmış) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 36 (otuz altı) manatı, ümumilikdə 96 (doxsan altı) manat, EQ 22649208 saylı protokola əsasən 40 (qırx) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 24 (iyirmi dörd) manatı, ümumilikdə 64 (altmış dörd) manat, EQ 22630591 saylı protokola əsasən 50 (əlli) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 30 (otuz) manatı, ümumilikdə 80 (səksən) manat, EQ 22206280 saylı protokola əsasən 50 (əlli) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 30 (otuz) manatı, ümumilikdə 80 (səksən) manat, EQ 22193851 saylı protokola əsasən 40 (qırx) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 24 (iyirmi dörd) manatı, ümumilikdə 64 (altmış dörd) manat, EQ 21621093 saylı protokola əsasən 40 (qırx) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 24 (iyirmi dörd) manatı, ümumilikdə 64 (altmış dörd) manat, EQ 21607932 saylı protokola əsasən 50 (əlli) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 30 (otuz) manatı, ümumilikdə 80 (səksən) manat dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydinin 1-ci bəndində göstərilmişdir ki, bu məcəllənin 529.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs Əizamin oğlunun müvafiq cəriməni, dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödəməsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Əizamin oğlu inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əizamin oğlu müvafiq cəriməni və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərarı qəbul edilənədək ödədiyi üçün inzibati məsuliyyətdən azad edilsin və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-1023/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1023/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver