Məhkəmə qərarları › İş №3(073)-1024/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1024/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1024/2023 27.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 275.1.1 və 253-1.2.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X12 tərəfindən qəbul edilmiş 12 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X12 tərəfindən 12 may 2023-cü il tarixli MN ******* saylı qərarla X11 Azərbaycan Respublikası İXM-nin 275.1.1 və 253-1.2.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 1.000 manat məbləğində cərimə edilmişdir. X11 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin onun barəsində qəbul edilmiş 12 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarından şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X11 verdiyi izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 12 may 2023-cü il tarixli MN ******* saylı qərarı ilə o, Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən «Uğur» şadlıq sarayının həyətində X2 müsbət rəyi olmadan tikinti aparılması və ağacların yerinin dəyişdirilməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1 və 253-1.2.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati tənbeh tədbirinin görülməsi bərədə heç bir məlumatı olmamış, həmin inzibati tədbirə dair müvafiq sənədlərin tərtib edilməsini yalnız Cəllilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elvin Mansurovun icraata başlama haqqında bildirişini aldıqdan sonra bilmişdir. O, hesab edir ki, barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında 12 may 2023-cü il tarixli MN ******* saylı qərar qeyri-qanuni və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o, qərarda göstərildiyi kimi «Uğur» şadlıq sarayının həyətində hər hansı tikinti aparılması və ağacların yerinin dəyişdirilməsini həyata keçirməmiş və qeyd olunan obyekt ümumiyyətlə onun mülkiyyətində deyildir. İstinad olunan inzibati xətanın məhz onun tərəfindən törədilməsinin hansı əsaslarla müəyyən edilməsi və hansı sübutlarla təsdiqini tapması göstərilməmiş, həmçinin qeyd olunan inzibati xətanın subyekti belə olmağı mümkün olmadığı halda cəzalandırılmağı onun Konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir. İnzibati qərarı qəbul etmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarında onun konkret olaraq inzibati xəta pozuntusuna yol verdiyi əsaslandırılmamış, heç bir inzibati qayda pozuntusuna yol vermədiyi halda onun rəsmi qaydada iştirakını təmin etmədən barəsində əsassız inzibati tənbeh tədbiri tətbiq etmişdir. Odur ki, qeyd etdikləri nəzərə alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 12 may 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X13 məhkəmədə verdiyi izahatında göstərdi ki, 26 aprel 2023-cü il tarixdə Cəlilabad rayon Göytəpə şəhərində yerləşən “Uğur” şadlıq sarayının həyətində monitorinq keçirilmiş və nəticədə müvafiq qeydlər aparılaraq akt tərtib olunmuşdur. Həmin akt əsasında da X3 barəsində Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən «Uğur» şadlıq sarayının həyətində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 İdarəsinin rəyi olmadan tikinti aparılması və ağacların yerinin dəyişdirilməsi aşkar edildiyi üçün 26 aprel 2023-cü il tarixli ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Sonradan isə həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 inzibati xəta haqqında 12 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X11 Azərbaycan Respublikası İXM-nin 275.1.1 və 253-1.2.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə olunmuşdur. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq X3 şikayəti əsassız olduğuna görə rədd edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X3 əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X12 tərəfindən qəbul edilmiş 12 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətə əlavə edilmiş 26 aprel 2023-cü il tarixli 79589 nömrəli aktdan görünür ki, Cəlilabad rayon Göytəpə şəhərində yerləşən “Uğur” şadlıq sarayının həyətində monitorinq keçirilmiş və həmin ərazidə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 İdarəsinin rəyi olmadan tikinti aparılması və ağacların yerinin dəyişdirilməsi müəyyən edilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin l saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 12 may 2023-cü il tarixli MN ******* saylı qərarından görünür ki, X1 rayonu Göytəpə şəhərində yerləşən «Uğur» şadlıq sarayının həyətində X2 müsbət rəyi olmadan tikinti aparılması və ağacların yerinin dəyişdirilməsini həyata keçirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1 və 253-1.2.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən kommersiya obyektinin yerləşdiyi 0,24 ha ərazi X10 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Xidməti tərəfindən Cəlilabad rayon məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X7 adına Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində yerləşən **********61 reyestr nömrəli, 0,24 ha yaşayış məntəqələrinin torpaqları həyatyanı torpaq sahəsi (məqsədli istifadə növühəyətyanı) xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə hüquqi qeydiyyata alınmışdır. X7 adına ünvan 1 ünvanında yerləşən **********39 reyestr nömrəli, 0,0229 ha yaşayış məntəqələrinin torpaqları həyatyanı torpaq sahəsi (məqsədli istifadə növühəyətyanı) xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə hüquqi qeydiyyata alınmışdır. İş materiallarında olan icarə müqaviləsindən görünür ki, Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş küçəsində yerləşən X10 məxsus, ümumi sahəsi 778 kv.m olan obyekt 3 il müddətinə X8 icarəyə verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X3 icarə əsasında işlətdiyi obyektin yerləşdiyi torpaq sahəsi X7 xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsidir və yeri dəyişdirilən ağaclar da xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsində olan ağaclar olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, X11 tərəfindən icarəyə yalnız Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən «Uğur» şadlıq sarayının içərisi (zallar) götürülmüşdür, şadlıq sarayının həyətində aparılan tikinti işlərinin X8 heç bir aidiyyəti olmamışdır. Azərbaycan Respublikası İXM-nin 253-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Odur ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1, 253-1.2.1-ci maddələri ilə qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 may 2023-cü il tarixli MN № ******* nömrəli qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1, 253- 1.2.1-ci maddələri ilə qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 may 2023-cü il tarixli MN № ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar