Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1027/2023 25.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsin nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala, Cəlilabad Rayon Məhkəmsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən «Rüqəyya Şirniyyat evi» adlı obyektin reklam yayıcısı Şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişi vaxtında və tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi X4 verdiyi izahatında göstərmişdir ki, açıq məkanda reklam sahəsində keçirilən monitorinq zamanı, yəni 15 sentyabr 2023-cü il tarixdə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən “Rüqəyya Şirniyyat evi”nin icazəsiz açıq məkanda reklam yayımı halı müəyyən edilmişdir. Bu barədə həmin tarixdə 000469 saylı akt tərtib edilmiş və Şəxs açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının 5 (beş) gün müddətində aradan qaldırılması barədə yazılı göstəriş verilmişdir. Lakin həmin müddət ərzində Şəxs müafiq icazə almaq üçün Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinə müraciət etməmişdir. 02 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndələri tərəfindən təkrarən həmin obyektə baxış keçirilmiş, lakin Şəxs qanunsuz reklam yayımlamasını davam etdirdiyi müəyyən edilmişdir. Buna görə də, barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protkol tərtib edilərək, baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında brəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, Cəlilabad şəhəri H.Əliyev prospektində mağaza icarəyə götürmüş və şirniyyat bişirib satmaqla ailəsini dolandırır. 01 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsi ilə qanunla nəzərdə tutulmuş qaydada müqavilə bağlamış və həmin müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Həmin müqvilənin 01 sentyabr 2023-cü il tarixdə qüvvədən düşməsi barədə məlumatı olmamışdır. 15 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndələri həmin mağazaya gələrək, ona yeni müqavilə bağlamalı olduğunu bildirmişlər və imkanı olan kimi İdarəyə gəlməsini bildirmişlər. Həmin vaxt İdarənin nümayəndələrinə əvvəlki müqavlənin qüvvədən düşdüyünü bilmədiyini bildirmiş və qısa müddət ərzində yenidən müqavilə bağlayacağını demişdir. Bundan sonra 05 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinə müraciət edərək lazımi icazə almaq üçün qanunla nəzərdə tutulmuş dövlət rüsumunu ödəmək üçün bildiriş almış və həmin rüsumu müvafiq hesaba ödəmişdir.Məhkəmədən bildiriş gəldikdən sonra barəsində Azərbaycan Respublikası İXMin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protkol tərtib edilməsindən məlumatı olmuşdur. 24 oktyabr 2023-cü il tarixdə isə açıq məkanda reklam yerləşdirilməsinə dair icazə almışdır. Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsi tərəfindən ona göndərilmiş yazılı bildiriş ona çatmamış və həmin İdarənin nümayəndələrinin 02 oktyabr 2023-cü il tarixdə yenidən onun icarəyə götürüb işlətdiyi mağazaya baxış keçirmələrindən məlumatı olmamışdır. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu əsasız hesab edir. Qeyd olunanların nəzərə alınaraq hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 000469 saylı aktdan görünür ki, Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən «Rüqəyya Şirniyyat evi» nin (Şəxs) «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün müvafiq icazə almadığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsi tərəfindən Şəxs göndərilmiş açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldarılması barədə xx.xx.2023cü il tarixli, 000469 saylı yazılı göstərişdən görünür ki, Şəxs açıq məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 (beş) gün müddətində Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinə müraciət etməsi tələb olunmuşdur. İşdə olan teleqramdan görünür ki, Şəxs ünvanlanmış göndəriş 25 sentyabr 2023-cü il tarixdə təyinatı üzrə çatdırılmışdır. İşdə olan X7 İdarəsinin Estetik nəzarət şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 02 oktyabr 2023-cü il tarixli, 01 saylı baxış aktından görünür ki, Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən obyektə («Rüqəyya Şirniyyat evi») təkrar baxış keçirilərkən həmin obyektdə qanunsuz reklam yayımlanmasının davam etdirildiyi aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 02 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, həmin akta əsasən «Rüqəyya Şirniyyat evi» obyektində açıq məkanda qanunsuz reklam yayımının aşkar edilməsi haqqında tərtib edilmiş baxış aktını Şəxs imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İşdə olan 02 oktyabr 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən «Rüqəyya Şirniyyat evi» adlı obyektin reklam yayıcısı Şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişi vaxtında və tam yerinə yetirməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli dövlət rüsumunun ödənişi üçün bildirişdən və yayım haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək açıq məkanda reklam yerləşdiriləsinə icazə verilməsi üçün cəmi 34.56 manat ödəməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət X3 Reklam İdarəsinin hesabına cəmi 42.75 (qırx iki manat yetmiş beş qəpik) manat ödənilmişdir. İşdə olan açıq xx.xx.2023-cü il tarixli icazədən görünür ki, Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsi tərəfindən Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək açıq məkanda reklam yerləşdirililməsinə icazə verilmişdir. «Reklam haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası» nın 2.10.2-ci bəndinə əsasən reklam yayıcısı ilə icazə müqaviləsi bağlanılır. Həmin Qaydanın 2.11-ci bəndinə əsasən icazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. Bu Qaydanın 2.2.6-cı yarımbəndində nəzərdə tutulmuş əmtəələrə münasibətdə icazə müvafiq lisenziyada (sertifikatda və ya digər icazədə) müəyyən edilmiş müddətdən artıq verilə bilməz. Həmin Qaydanın 3.2-ci bəndində əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsi tərəfindən 15 sentyabr 2023-cü il tarixdə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən “Rüqəyya Şirniyyat evi”nin icazəsiz açıq məkanda reklam yayımı halı müəyyən edilmişdir. Bu barədə həmin tarixdə İdarənin əməkdaşları tərəfindən 000469 saylı akt tərtib edilmiş və Şəxs açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının 5 (beş) gün müddətində aradan qaldırılması barədə yazılı göstəriş göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsi tərəfindən göndərilmiş icrası məcburi olan yazılı bildirişin poçt tərəfindən 25 sentyabr 2023-cü il tarixdə təyinatı üzrə çatdırıldığı bildirilsə də, həmin bildirişin məhz Şəxs tərəfindən alınmasını təsdiq edən sənəd (poçt göndərişinin verilməsi haqqında xəbərnamə) məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, 02 oktyabr 2023-cü il tarixdə X7 İdarəsinin Estetik nəzarət şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən obyektə («Rüqəyya Şirniyyat evi») təkrar baxış keçirilərkən X5 iştirakı təmin edilməmişdir. Həmin xüsustla bağlı məhkəmə iclasında verdiyi izahatında Şəxs Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsi tərəfindən ona göndərilmiş yazılı bildirişin ona çatmadığını, həmin İdarənin nümayəndələrinin 02 oktyabr 2023-cü il tarixdə yenidən onun icarəyə götürüb işlətdiyi mağazaya baxış keçirmələrindən məlumatının olmadığını bildirmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 05 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinə müraciət edərək lazımi icazə almaq üçün qanunla nəzərdə tutulmuş dövlət rüsumunu ödəmək üçün bildiriş almış, həmin rüsumu müvafiq hesaba ödəmiş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsi tərəfindən Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək açıq məkanda reklam yerləşdirililməsinə icazə verilmişdir. Əks təqdirdə Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsi tərəfindən «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası» nın 3.5.2-bəndinə əsasən reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görülməli idi ki, belə tədbirinin görüldüyü məhkəmə iclasında müəyyən edilməmişdir. İş materiallarından Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndələri tərəfindən 15 sentyabr 2023-cü il tarixdə Şəxs icazənin yenidən rəsmiləşdirilməsinin lazım olduğu izah edilərkən, sonuncunun bundan imtina etməsi müəyyən edilməmiş və bundan sonra Şəxs icazənin yenidən rəsmiləşdirilməsi üçün müvafiq hərəkətlər etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 İdarəsinin Elektrik nəzarət Şöbəsinin 02 oktyabr 2023-cü il il tarixli, MN N ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(073)-1027/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1027/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver