Məhkəmə qərarları › İş №3(073)-1029/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1029/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1029/2024 26.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, ''Əli-Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 iştarkları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X2 daxil olmuş Azərbaycan Respublikası İXMin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X2 15 noyabr 2024-cü il tarixli, MN ******* saylı protokolu daxil olmuşdur. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X3 nümayəndəsi X13 verdiyi izahatında göstərdi ki, mərhum Kamələ Şükürovanın oğlu X1 Şöbəyə şikayət ərizəsi ilə müraciət edərək anasının 5 ilə yaxındır ki Cəlilabad şəhəri, Cavadxan küçəsi tikiş fabirkində çalışdığını və həmin fabrikin işçiləri ilə birlikdə Sadatlı kəndi Kəhriz ailəvi istirahət mərkəzinə gedərkən yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişdiyini və əmək müqaviləsi olmadan işlədildiyini bildirmişdir. Bundan sonra Regional Şöbə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüququi qüvvəyə minmədən X14 işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün 15 noyabr 2024-cü il tarixli protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati məsuliyyətə cəlb edilmişdir. 15 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla ''Əli-Tekstil” MMC Azərbaycan Respublikası İXM-nın 192.1-ci maddəsi ilə təqsirli bilinib hüquqi şəxs kimi cərimə etmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ''Əli-Tekstil” MMC-nin nümayəndəsi X15 verdiyi izahatında göstərdi ki, Cəlilabad şəhəri, H.Əliyev prospekti ev 51-də yaşayan X10 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X6 tərəfindən onun guya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması əsası ilə X14 əmək müqaviləsi bağlamadan işlərin (xidmətlərin) görülməsinə cəlb etdiyinə görə ''Əli-Tekstil” MMC-nin barəsində 15 noyabr 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. X22 ilə "Əli-Tekstil” MMC arasında 13 yanvar 2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və Kəmalə tikiş sexində dərzi kimi işə başlamışdır. X22 29 iyul 2022-ci il tarixdə isə ərizəsi əsasında işdən azad edilmişdir. Buna baxmayaraq X22 arabir sexə gələrək sexdən hazır məhsullardan pulun ödəyərək alıb digər şəxslərə satmaqla pul qazanmışdır. X11 əmək müqaviləsinə xitam verdikdən sonra "Əli-Tekstil” MMC-də əmək fəaliyyəti ilə məşğul olmamışdır. Odur ki, o, həmin qərarı əsassız hesab edir. Qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdimişdir ki, o, Əli- Tekstil” MMC-də dərzi işləyir. X22 2022-ci ildə Əli-Tekstil” MMC-də dərzi kimi işləyib. Lakin 2022-ci ilin iyul ayından işdən çıxdıqdan sonra orada işləməmişdir. Lakin arabir sexə gələrək orada istehsal olunan hazır məhsullardan alıb digər şəxslərə satmaqla məşğul olmuşdur. Köhnə iş yaldaşı kimi kollektivlə əlaqələri olmuşdur. Sexə gələndə bilmişdir ki, kollektiv piknikə gedəcək o da onlarla gedəcəyini bildirmişdir. Həmin gün piknikə gedəndə onu da özləri ilə aparmışlar, həmçinin, onlarla bir yerdə işləyən başqa tanıçlarıda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərdi ki, o, Əli- Tekstil” MMC-də dərzi işləyir. X22 2022-ci ildə Əli-Tekstil” MMC-də dərzi kimi işləyib. Lakin 2022-ci ilin iyul ayından işdən çıxdıqdan sonra arabir sexə gələrək orada istehsal olunan hazır məhsullardan alıb aparıb satırdı, hətta həmin məhsulları Bakı şəhərinə apararaq orada satırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 izahatında göstərdi ki, o, Şəxs MMC-də dərzi işləyir. X22 2022-ci ildə Əli-Tekstil” MMC-də dərzi kimi işləyib. Lakin o, həmin il işdən çıxmış və sonradan orada işləməmişdir. Qızı Bakı şəhərinə köçdüyü üçün o da qızı ilə birlikdə germişdir. Lakin arabir sexə gələrək sexdə istehsal olunan hazır məhsullardan alıb digər şəxslərə satmaqla məşğul olmuşdur. Köhnə iş yaldaşı kimi əlaqələri olmuşdur. Hadisədən bir neçə gün əvvəl sexə gələndə bilmişdir ki, kollektiv meşəyə gəzməyə gedəcək, o da onlarla gedəcəyini bildirmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X3 nümayəndəsi X9 vəsatəti əsasında şahid qismində dindirlimiş X19 izahatında göstərdi ki, anası mərhum X22 29 iyun 2022-ci ilədək Əli-Tekstil” MMC-də dərzi kimi işləyib. O, valideyinini itirdiyinə görə əsəbi olmuş və bu vəziyyyətdə olduğuna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X5 şikayət ərizəsi ilə müraciət etmişdir ki, anası Əli-Tekstil” MMC-də səndəsiz işləyib. Əslində isə anası29 iyul 2022-ci il tarixdə oradan işdən çıxmışdır. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını araşdırıb, izahatları dinləyib hesab edir ki, inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş X23 Xidməti X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq əmək müqaviləsi hüququ qüvvəyə minmədən X14 işlərin (xidmətlərin) görülməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsi bildirişindən görünür ki, X22 Şəxs MMCdə 13 yanvar 2022-ci il tarixdən dərzi kimi işə götürümüşdür. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsibildirişindən görünür ki, Şəxs MMC ilə X22 arasında bağlanmış əmək müqaviləsinə 29 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. Beləliklə müəyyən edilmişdir ki, Şəxs MMC ilə X22 arasında bağlanmış müavilə əsasında X22 xx.xx.2022-ci il tarixdə Şəxs MMC-də dərzi kimi işə götürülmüş və onunla bağlanmış əmək müqaviləsinə 29 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə(tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. X11 qanunsuz işə cəlb edilməsi və işdə xəsarət alaraq ölməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinə daxil olan müraciət əsasında Xidmətin X6 tərəfindən araşdırma aparılmış və həmin araşdrımanın nəticəsi olaraq X11 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə Əli-Tekstil” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X6 tərəfindən Əli-Tekstil” MMC-nin barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilərkən inzibati xəta haqqında iş üzrə zəruri araşdırmalar aparılmamışdır. Belə ki, X22 ilə 29 iyul 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verildikdən sonra tərəflər, yəni Əli-Tekstil” MMC və X22 arasında əmək münasibəti davam etməmiş, yalnız öz dolanışığı və mənfəəti üçün Əli-Tekstil” MMC-dən aldığı malları satmışdır. Həmçinin, X11 Əli-Tekstil” MMC-nin işçiləri və digər şəxslərin də olduğu meşyə gəzməyə getməsi onun Əli-Tekstil” MMC ilə əmək münasibətində olması kimi qiymətləndirilməsi əsassızdır. Bundan başqa X23 Xidmətinin X3 nümayəndəsi tərəfindən də X11 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinəyetirilməsinə cəlb edilməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisə mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin İXM-nın 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXMnın 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar imperativolaraq araşdırılmalıdır. Həmin Məcəllənin İXM-nın 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.5-ci maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığıvə ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikası İXM-nın 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nın 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X3 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə... Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X3 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar