Məhkəmə qərarları › İş №3(073)-1031/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1031/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1031/2023 10.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törədən şəxs Şəxsnın, Zərərçəkmiş şəxsnın iştirakı ilə, Şəxs – xx.xx.1979-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: xx.xx.2023-cü tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində Şəxs bascısı oğlu Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısı Mehparənin oğludur. Bir neçə gün öncə təsərüfatında olan 7 baş xırdabuynuzlu heyvan naməlum şəraitdə yaşadığı kəddə itmişdir. xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində heyvanlarını axrarmağa davam etmiş, həmin vaxt bacısı Mehbarənin evinin qarşısından keçəndə bacısının həyətinə keçmişdir. Həyətdə olan baçısı övladları İbrahim, Samir və ataları Fədail olmuş, onlarla salamlaşmış, ancaq İbrahim onunla görüşməmiş ona, “bura niyə gəlmisən, çıx burdan get” sözünü deyəndə, o isə İbrahimə ərk edib, “qudurmusan sən dayına belə söz deyirsən” sözünü deyərək onun sinəsinə yüngül şəkildə yumruqla vurmuş, İbrahim onu şərləyir, o İbrahimi hədələməmiş və onu buçaqla vurmağa cəhd etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində atasının yaşadığı evin həyətində atası Fədail, qaraşı Samir, onun oğlu Famil, bacısının oğlu İlyas və Qiyas olduqları vaxtı dayısı Şəxs kiminləsə telefonla danışdığı vəziyyətdə həyətə daxil olmuş və həmin vaxtı qəflətən yaxınlaşaraq onun boyun nahiyyəsinə sillə vuraraq “qudurmusan day salam zad da vermirsən” sözünü deyəndə o, vurulmasının səbəini soruşmuş, Vahid isə ona “onsuzda səndən yığıram” sözünü deyərək sinə nahiyyəsinə yumruq vurmuş, bundan sonar əlini bel nahiyyəsinə apararaq bıçaq çıxarmış və onu bıçaqla vurmaq istəyəndə Famil Vahidin əlindən tutaraq yalvarmaqa başlamış, o isə qorxuduğu üçün qaçaraq oradan kənarlaşmış və ailəsi ilə birlikdə yaşadığı evə getdikdən sonra Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəngmərkəzinə məlumat vermişdir. O, heç kimə xəsarət yetirməmişdir. Həmin vaxt hava qaranlıq olduğu üçün bıçağın hansı əlamətdə olmasını görməmişdir. Hazırda Şəxs ilə barışmamışdır. Ona görə də Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 937 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X1 Bölməsinin 12 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxsnın törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Şəxsnın inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxsnın barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar