Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1035/2023 26.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Azərbaycan Avtomobil X4 X1 Xidmətinin nümayəndəsi X3, Barəsində inzibati xəta haşqqında iş üzrə icraat aparılan şəxs - Şəxs ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Avtomobil X4 X1 Xidməti tərəfindən "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə inzibati xəta haqqında 04 oktyabr 2023-cü il tarixli ******* saylı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokol tərtib edilmişdir ondan ötrü ki, Y-15-15 indeksli M-3 (209 km, Xanlar) Uzuntəpə-Qarayarlı yerli əhəmiyyətli avtomobil yolunun 2-ci km hissəsində (Cəlilabad rayonunun inzibati ərazisi) "xxxx" ASC tərəfindən avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmaqla, yəni müvafiq icazə almadan avtomobil yolunda kommunikasiya (su) xətti çəkməklə inzibati xəta törətmişdir. Məhkəmə iclasında Azərbaycan Avtomobil X4 X1 Xidmətinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, 04 oktyabr 2023-cü il tarixdə Şəxs ASC tərəfindən avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydaları pozularaq müvafiq icazə almadan Y-15-15 indeksli M-3 (209 km, Xanlar)-Uzuntəpə-Qarayarlı yerli əhəmiyyətli avtomobil yolunun 2-ci km hissəsində (Cəlilabad rayon inzibati ərazisindən keçən hissədə) avtomobil yolunda su xətti çəkilmişdir. Şəxs ASC həmin ərazidə iş görməzdən qabaq bu barədə X1 Xidmətinə məlumat verməli, bu və ya digər işin görülməsi üçün texniki şərt almalı və yalnız bundan sonra müvafiq işi yerinə yetirməli idi. İndiki halda isə belə bir texniki şərt alınmadığına görə Şəxs ASC tərəfindən qanunun tələbi pozulmuş, inzibati xətaya yol verilmişdir. Ona görə də Şəxs ASC barəsində müvafiq tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, həqiqətən də 04 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Y-15-15 indeksli M-3 (209 km, Xanlar)-Uzuntəpə- Qarayarlı yerli əhəmiyyətli avtomobil yolunun 2-ci km hissəsində Cəlilabad şəhərini və çoxsaylı əhalini su ilə təmin edən Azərsu”ASC-nin balansında olmaqla 300 diametrlik magistral su xəttinin 110 diametrlik boru xəttinə qoşma nöqtəsində qəza baş vermişdir. Qəza nəticəsində ərazidə avtomobil yolunda yol hərəkəti çətinləşmiş, eyni zamanda ətraf fərdi evləri və həyatyanı sahələri subasma təhlükəsi yaranmışdır. Bununla bağlı dərhal Azərbaycan Avtomobil X4nə, DYPİ-nə, eləcə də digər əlaqədar təşkilatlara telefonoqramla məlumat verilmiş və qəza baş verən həmin ərazidə qəzanın aradan qaldırılması üçün müvafiq işlərin yerinə yetiriləcəyi (asfalt-beton örtüyündə qazıntı işlərinin aparılması) ilə bağlı telefonoqram göndərilmişdir. Eyni zamanda Azərbaycan Avtomobil X4nin bu işlər üzrə 4 məsul şəxsinin email ünvanına elektron ötürücü sistem «Outlok» ilə məlumat göndərilmişdir. Telefonaqramın Azərbaycan Avtomobil X4 X1 Xidmətinə göndərilməsini və onların əməkdaşları tərəfindən alınmasını təsdiq edən müvafiq sübutlar da məhkəməyə təqdim edilmişdir. Bu barədə məlumat verildikdən sonra ŞəxsSC-nin 3 №-li Reqional Sukanal İdarəsinin X5 tərəfindən əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadası cəlb olunaraq su xəttində baş vermiş qəzanın fəsadları aradan qaldırılmışdır. ŞəxsSC tərəfindən Cəlilabad şəhəri və onun ətraf yerlərinin su təminatında yaranacaq biləcək fəsadların operativ həll edilməsi nəticəsində əhalinin su təminatının dayanaqlığı qısa zaman çərçivəsində tam bərpa edilmişdir. Eyni zamanda aparılmış qəza-bərpa işləri əməkdaşlar tərəfindən videoçəkiliş aparılmaqla sənədləşdirilmişdir. Azərbaycan Avtomobil X4 X1 Xidməti isə ŞəxsSC-ni avtomobil yolunda kommunikasiya xətti (su xətt) çəkməklə inzibati xəta törətməkdə təqsirli bilməklə yanlışlığa yol vermişdir. Yəni, yeraltı magistral su xəttində qəzanın nəticələrinin aradan qaldırılması başqa anlayışdır, avtomobil yolunda su xətti çəkmək tamam bir başqa anlayışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində hər hansı bir inzibati xəta tərkibi yoxdur. Ona görə də bu barədə tərtib olunmuş protokolu əsassız hesab edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli telefonoqramdan və həmin telefonaqramın ünvanına çatmasına dair çıxarışdan görünür ki, Şəxs ASC tərəfindən Cəlilabad şəhəri H.Əliyev prospekti ilə Ə.Qəmbərov küçəsinin kəsişməsində su xəttində qəza ilə bağlı yolun asfalt-beton örtüyündə qazıntı işlərinin aparılması ilə bağlı Azərbaycan Avtomobil X4 X1 Xidmətinə rəsmi qaydada məlumat verilmişdir. İşə əlavə edilmiş videoçəkilişlərdən və fotoşəkillərdən görünür ki, həqiqətən də həmin ərazidə baş vermiş qəzanın aradan qalırılması ilə bağlı Şəxs ASC tərəfindən müvafiq işlər yerinə yetirilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cəlilabad rayonu ərazisində Y-15-15 indeksli M-3 (209 km, Xanlar) Uzuntəpə-Qarayarlı yerli əhəmiyyətli avtomobil yolunun 2-ci km hissəsində 300 diametrlik magistral su xəttinin 110 diametrlik boru xəttinə qoşma nöqtəsində qəza baş vermişdir. Baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması ilə bağlı ŞəxsSC tərəfindən təxirəsalınmaz tədbirlər görülmüşdür. Mövcud qaydalara əsasən ŞəxsSC tərəfindən operativ olaraq aidiyyatı qurumlara, eləcə də Azərbaycan Avtomobil X4nə sözügedən ərazidə qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar asfalt-beton örtüyündə qazıntı işləri aparılması ilə bağlı telefonoqram göndərilmişdir. Lakin qəza nəticəsində ərazidə avtomobil yolunda yol hərəkəti çətinləşmiş, eyni zamanda ətraf fərdi evləri və həyatyanı sahələri su basma təhlükəsi yarandığından Azərbaycan Avtomobil X4ndən müfaviq icazənin verilməsi gözlənilmədən təxirəsalınmaz tədbir kimi X5 tərəfindən əraziyə xüsusi texnika, maşınmexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadası cəlb olunaraq su xəttində baş vermiş qəzanın fəsadları aradan qaldırılmışdır. Məhkəmə hesab edir ki, ŞəxsSC müvafiq icazə almadan Y-15-15 indeksli M-3 magistralının Cəlilabad rayon inzibati ərazisindən keçən hissəsində avtomobil yolunda müvafiq işləri həyata keçirilməsi, 300 diametrlik magistral su xəttinin 110 diametrlik boru xəttinə qoşma nöqtəsində baş vermiş qəza ilə bağlı olmuşdur. Belə bir vəziyyətdə şəxsin əməli inzibati xəta törədilməsinə yönəlməmişdir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcud olsa da, belə bir şəraitdə bu əməldə qəsdən və ya ehtiyatsızlıq formasında təqsir (inzibati xəta tərkibi) mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.3-cü maddəsinə əsasən şəxs son zərurət vəziyyətində hərəkət etdikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs ASC barəsində xx.xx.2023-cü il tarixli MN-1901740 nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində xx.xx.2023-cü il tarixli MN-1901740 nömrəli inzibati xəta haqqında protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-1035/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1035/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver