Məhkəmə qərarları › İş №3(073)-1037/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1037/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1037/2024 04.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İcra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs–xx.xx.1982-ci il tarixdə Cəlilabad rayonu Prişib şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(073)-1931/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 24100 manat məbləğində pul və 162.90 manat dövlət rüsumunun alınaraq X3 verilməsi; Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(073)-1571/2024 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2023-cü il tarixli, BRCB4360064B299 saylı elektron qaydada bağlanılmış kredit müqaviləsinə əsasən 1499.29 manat əsas borcu, 312.88 manat faiz borcu olmaqla, cəmi 1812.17 manat borcun və xx.xx.2023-cü il tarixli, BPAY3181923B299 saylı elektron qaydada bağlanılmış kredit müqaviləsinə əsasən 100 manat əsas borc, 104.23 manat faiz borcu olmaqla, cəmi 204.23 manat borcun və 40.16 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi; Şirvan Kommersiya məhkəməsinin e-2-2(121)-278/2024 saylı, 07 yanvar 2024-cü il tarixli icra vərəqəsinə əsasən dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun Şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qeyd edilmişdir. Əlavə olaraq 5 saylı Ekologiya və Təbi Sərvətlər İdarəsinin MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Şəxs 700 (yeddi yüz) manat cərimə edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədlərinin icra müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Nigar Abasova inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(073)-1931/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 24100 manat məbləğində pul və 162.90 manat dövlət rüsumunun alınaraq X3 verilməsi; Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(073)-1571/2024 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2023-cü il tarixli, BRCB4360064B299 saylı elektron qaydada bağlanılmış kredit müqaviləsinə əsasən 1499.29 manat əsas borcu, 312.88 manat faiz borcu olmaqla, cəmi 1812.17 manat borcun və xx.xx.2023-cü il tarixli, BPAY3181923B299 saylı elektron qaydada bağlanılmış kredit müqaviləsinə əsasən 100 manat əsas borc, 104.23 manat faiz borcu olmaqla, cəmi 204.23 manat borcun və 40.16 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi; Şirvan Kommersiya məhkəməsinin e-2-2(121)-278/2024 saylı, 07 yanvar 2024-cü il tarixli icra vərəqəsinə əsasən dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun Şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qeyd edilmişdir. Əlavə olaraq 5 saylı Ekologiya və Təbi Sərvətlər İdarəsinin MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Şəxs 700 (yeddi yüz) manat cərimə edilmişdir. Lakin borclu Şəxs icra sənədlərini icra müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Ondan borcun ödənilməsi tələb edildikdə isə müxtəlif bəhanələrlə icra sənədlərinin icrasından yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(073)-1571/2024 saylı icra vərəqəsinə əsasən ondan xx.xx.2023-cü il tarixli, BRCB4360064B299 saylı elektron qaydada bağlanılmış kredit müqaviləsinə əsasən 1812.17 manat borcun və xx.xx.2023-cü il tarixli, BPAY3181923B299 saylı elektron qaydada bağlanılmış kredit müqaviləsinə əsasən 204.23 manat borcun və 40.16 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi; Şirvan Kommersiya məhkəməsinin e-2-2(121)-278/2024 saylı, 07 yanvar 2024-cü il tarixli icra vərəqəsinə əsasən dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qeyd edilmiş; bundan başqa 5 saylı Ekologiya və Təbi Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə o, 700 (yeddi yüz) manat cərimə edilmişdir. O, maddi imkanı olmadığı üçün icra sənədləri üzrə borclarını ödəyə bilməmişdir. Lakin onun X3 heç bir borcu yoxdur. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 verdiyi izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(073)-1931/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 24100 manat məbləğində pul və 162.90 manat dövlət rüsumunun alınaraq ona verilməsi qeyd edilmişdir. Lakin borclu Şəxs ona olan borcundan bu günədək heç bir ödəniş etməmişdir. Hazırda borclu Şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün qismən etirafı, icra məmuru və zərərçəkmiş şəxsin izahatları, Cəlilabad Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(073)-1931/2023 saylı və 25 iyun 2024-cü il tarixli, e-2(073)-1571/2024 saylı icra vərəqələri , Şirvan Kommersiya məhkəməsinin e-2-2(121)-278/2024 saylı, 07 yanvar 2024-cü il tarixli icra vərəqəsi, 5 saylı Ekologiya və Təbi Sərvətlər İdarəsinin MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. İş materiallarında olan 04 dekabr 2024-cü il tarixli “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə” qərardan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(073)-1931/2023 saylı və 25 iyun 2024-cü il tarixli, e-2(073)- 1571/2024 saylı icra vərəqələri , Şirvan Kommersiya məhkəməsinin e-2-2(121)-278/2024 saylı, 07 yanvar 2024-cü il tarixli icra vərəqəsi və 5 saylı Ekologiya və Təbi Sərvətlər İdarəsinin MN № ******* nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan “Borclunun axtarışı haqqında qərardan” görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 04 dekabr 2024-cü il tarixdən, saat 16:20-dən hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar