Məhkəmə qərarları › İş №3(073)-1040/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1040/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1040/2024 20.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə Şəxs– xx xxxxxx 1975-ci il tarixdə Cəlilabad rayonu Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad rayonu Günəşli kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X2 və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ən e t d i : Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 23 noyabr 2024-cü il tarixdə “Zəvvar ovçuluq təsərrüfatının” ərazisində lazımi icazə olmadan, qadağan olunmuş müddətdə qanunsuz olaraq 5 ədəd gərəf quşu ovlamış, barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 noyabr 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana və barəsində inzibati protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati protokol tərtib edilmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 272.3-cü maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Belə ki, iş materiallarında olan 23 noyabr 2024-cü il tarixli, MN № ******* nömrəli protokoldan görünür ki, Şəxs 23 noyabr 2024-cü il tarixdə Zəvvar ovçuluq təsərrüfatının” ərazisində lazımi icazə olmadan, qadağan olunmuş müddətdə qanunsuz olaraq 5 ədəd gərəf quşu ovlamışdır. İş materiallarında olan 23 noyabr 2024-cü il tarixli, 88124 saylı aktdan görünür ki, 23 noyabr 2024-cü il tarixdə aparılan reyd zamanı “Zəvvar” ovçuluq təsərrüfatının Cəlilabad rayonu Günəşli kəndinə yaxın ərazisində su bataqlıq-qamışlıq olan hissəsində Cəlilabad rayonu Günəşli kənd sakinləri Şəxs və X1 qanunsuz ovla məşğul olması müəyyən edilmişdir. Şəxs onda olan “MG-2112” markalı 2755 nömrəli, 12 kalibrli təklülə ov silahına dair Cəlilabad RPŞ tərəfindən verilən xx.xx.2019-cu il tarixli, Ş-55/19 nömrəli şəhadətnaməni, Şəhriyar Cananov isə onda olan “Ata-Arms” markalı 13/DO2918 nömrəli, 12 kalibrli, təklülə ov silahına dair Cəlilabad RPŞ tərəfindən verilən xx.xx.2024-cü il tarixli, C-15/24 nömrəli şəhadətnaməni təqdim etmişlər. Şəxs ov çantasına baxış keçirilərkən 5 ədəd gərəf quşunun qanunsuz olaraq ovlandığı məlum olmuşdur. Şəhriyar Cananovun ov çantasına baxış keçirilərkən ov qəniməti aşkar olunmamışdır. İş materiallarında olan ziyan cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli 88124 saylı akta əsasən 5 ədəd gərəf (cürə) quşunun qeyri-qanuni ovlanması nəticəsində təbiətə 27,50 (iyirmi yeddi manat əlli qəpik) manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarına əsasən Azərbaycan Respublikası ərazisində ov edərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə və ov üçün verilmiş icazədə göstərilməyən yerlərdə ov etmək qadağandır. Eyni zamanda "Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Bu Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə, ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda, başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə, ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə, ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə, ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə Azərbaycan Respublikasının ərazisində ov edilməsi qadağan edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ovçuluq haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. "X3 Haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təbiətdən istifadə sahəsində lisenziya və ya icazə tələb olunan müvafiq fəaliyyət növləri və ya hərəkətlər belə lisenziya və ya icazə alındıqdan sonra həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən təbiətdən ümumi istifadə əhalinin həyatının zəruri tələbatının ödənilməsi üçün vətəndaşlara və təşkilatlara təbii resursların ödənişsiz istifadə etmək şərti ilə həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulduğu hallarda, təbiətdən istifadəyə məhdudiyyətlər qoyulmasına yol verilir. Bu Qanunun 78-ci maddəsinə əsasən X3 haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində inzibati tənbeh növü kimi nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması, yalnız "verilmiş xüsusi hüquq" olduğu halda, yəni "Ovçuluq haqqında" Qanunun müvafiq maddələrində müəyyən edilmiş ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazəsi olan şəxslərə münasibətdə tətbiq edilməlidir. Həmin hüququ olmayan şəxslər ov qaydalarını kobud şəkildə pozduqda isə İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş digər tənbeh tədbiri - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 sentyabr 2023-cü il tarixli qərarına əsaslanaraq hesab edir ki, şəxsin ovçuluq hüququ məhdudlaşdırıla bilmədiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, inzibati xətanın bilavasitə obyekti olmuş 5 ədəd gərəf (cürə) çöl quşu məhv edilməli və Şəxs qanunsuz ov nəticəsində 27,50 (iyirmi yeddi manat əlli qəpik) manat məbləğində dəymiş maddi ziyan tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu ma-ddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilsin. Şəxs qanunsuz ov nəticəsində 27,50 (iyirmi yeddi manat əlli qəpik) manat məbləğində dəymiş maddi ziyan tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına köçürülsün. İnzibati xətanın bilavasitə obyekti olmuş 5 ədəd gərəf (cürə) çöl quşu məhv edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar