Məhkəmə qərarları › İş №3(073)-1045/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-1045/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-1045/2024 06.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 22 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından Əli Tekistil MMC-nin direktoru X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 22 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından Əli Tekistil MMC-nin direktoru X1 şikayət ərizəsi daxil olmuşdur. Əli Tekistil MMC-nin direktoru X3 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, şikayət ərizəsində və sənədlərində müəyyən çatışmamazılqlar olduğu üçün şikayət ərizəsinin və ona əlavə edilmiş sənədlərin geti qaytarımasını xahiş etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 22 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından Əli Tekistil MMC-nin direktoru X1 şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 100, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 22 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından Əli Tekistil MMC-nin direktoru X1 şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar