Məhkəmə qərarları › İş №3(073)-1046/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1046/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1046/2024 09.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1980-cı ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Neftçala şəhəri, Məhəllə 5 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 06 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 noyabr 2024-cü il tarixdə, təxminən saat 16 radələrində Cəlilabad şəhəri, Azərbaycan küçəsində həyəat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı evdə döymüşdür. Şəxs bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmişin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahtında bildirdi ki, o, Zərərçəkmiş şəxs Əhməd qızı ilə 2006-cı ildə ailə həyatı qurmuş və onların birgə nikahlarından üç azyaşlı övladları vardır. Onlar ailə həyatı qurduqdan sonra birlikdə Neftçala şəhərində yaşamışlar. 7-8 ay əvvəl aralarında olan söz-sohbətlərə görə ayrılmışlar, Turanəni bundan sonra Cəlilabad şəhərinə atası evinə aparmış, həmçinin, 4 ay əvvəl o, özünə məxsus VAZ 2106 markalı avtomobilini Cəlilabad şəhərinə qaynatası Əhmədağanın həyətinə gətirmişdir. Avtomobili ona görə həmin yerə gətirmişdir ki, qaynanası Zəhra Həşimovaya 5000 (beş) min manat borcu olmuşdur. O, avtomobili həmin pulun qarşılığında vermiş, lakin avtomobili öz adında saxlamış, sənədləşmə işləri aparmamış, buna baxmayaraq bir neçə həftə əvvəl qaynanası ona avtomobili götürüb satıb 5000 manat borcunu ödəməsini demiş, bu səbəbdən də xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Cəlilabad şəhərində Turanə yaşadığı evə gəlmişlər, Turanədən avtomobilin açarlarını istəmiş, lakin Turanə avtomobilin açarlarını verməyəcəyini deyəndən sonra aralarında mübahisə yaranmış, o, Turanənin üzərinə gedib avtomobilin açarını israrla istəmiş, lakin Turanə yenidən açarları verməyəcəyini deyəndən sonra Turanəyə yaxınlaşmış və onlar bir-birinə əl-qol atmışlar, lakin qaynanası onların arasın girib onları ayırmışlar. Hazırda Zərərçəkmiş şəxs ilə barışdığını və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs ilə 2006-cı ildə ailə həyatı qurmuşlar və onların birgə nikahlarından üç azyaşlı övladları vardır. Onlar ailə həyatı qurduqdan sonra birlikdə Neftçala rayonu, Qoltuq kəndində yaşamışlar. Şəmsəddin ilə aralarında qısqancılq zəmnində söz-söhbət olmuş, xx.xx.2024cü il tarixdə onu və 3 övladını Cəlilabad şəhərində yaşayan öz anası Zəhranın evinə gətirmiş, habelə Şəmsəddin idarə etdiyi avtomobili də anasının həyətində saxlamış, özü isə Neftçala şəhərinə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində evdə olan zaman Şəmsəddin bacısı oğlu Vüqar ilə birlikdə onun yaşadığı evə gəlmişlər, həmin vaxtı anası həyətə düşüb onları qarşılamağına baxmayaraq onlar evə gəlməmişlər. Şəmsəddin avtomobilin açarlarını istəyəndə o evin pəncərəsindən, avtomobili apara bilməzsən, anama olan pul borcunu ver sonra apar, sözünü demiş, bundan sonra Şəmsəddin evə girib onun üzərinə gələrək, əli ilə saçından tutub yerə yıxmış, yerdə boğazını tutaraq sıxmışdır. Lakin yumruq və ya təpiklə onu vurmamışdır. Bundan sonra anası Zəhra Şəmsəddini evdən həyətə çıxararaq getməsini tələb etmiş, lakin Şəmsəddin avtomobilini həyətdən şıxararaq itələyə-itələyə aparmışdır. Şəxs anası Zəhra Həşimovadan 5 il ərzində 12000 (on iki min) manat borc pul almış, lakin bu günə kimi qaytarmamışdır. Hazırda Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 935 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs başın ənsə nahiyəsində qançır, müəyyən olundu, qərarda qeyd olunan tarixə xx.xx.2024-cü l tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X1 Bölməsinin 02 dekabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. İzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə həmin məcəllənin 157 və 158ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İzibati Xətalar Məcəlləsinin 53.1.9-ci maddəsinə görə həmin məcəllənin 157 və 158ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışdıqlarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 39, 43, 53, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar