Məhkəmə qərarları › İş №3(073)-105/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-105/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-105/2024 12.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs oğlu – xx xxxxxxxx 1986-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, deməsinə görə əvvəllər məhkum olunmuş, Cəlilabad şəhəri, M.F.Axundov küçəsi ev 2-də qeydiyyatda olan, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə barəsində Cəlilabad Rayon Polis şöbəsindən Cəlilabad rayon məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında MN ******* saylı protokola görə, Şəxs 10 fevral 2024-ci il tarixdə Cəlilabad şəhəri, Səttərxan küçəsində dayanan X2 məxsus avtomobilin açıq vəziyyətdə olan yük yerindən 1 ədəd deşici usta aləti (preperatoru) oğurlayaraq ona 150 manat maddi ziyan vurmuşdur. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan xırda talama, yəni oğurlama yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad şəhər Səttərxan küçsəində yaşayan X3 ilə qonşuluqda yaşayır, bu səbəbdən onu uzun müddətdir ki, tanıyır. 10 fevral 2024-cü il tarixdə təxminən saat 20 radələrində yaşadığı ünvana gedən zaman Zamiq Abasova məxsus avtomobilin küçədə dayandığını görmüş, avtomobilə yaxınlaşanda avtomobilin yük yerinin qapısının açıq vəziyyətdə olduğunu və yük yerində bir ədəd “preperator” usta alətinin olduğunu görmüşdür. Küçədə heç kimin omadığını görüb həmin aləti avtomobilin yük yerindən oğurlayaraq Cəlilabad rayonun mərkəzində olan dairənin yanına gəlmiş və orada gizlətmişdir. Həmin “preperator”u satmaq istəyən zaman polis əməkdaşları onu saxlayaraq həmin usta aləti ilə birlikdə Cəlilabad rayon polis şöbəsinə gətirmişlıər. Əməlindən peşmandır, dəymiş ziyan ödənilmişdir. Gələcəkdə bir daha belə hallara yol verməyəcəyinə söz verir. Zərərçəkmişlə barışmışdır, zərərçəkmişin ondan şikayəti və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X3 verdiyi izahatında göstərmişdir ki, 10 fevral 2024-cü il tarixdə təxminən saat 20 radələrində yaşadığı evin qarşısında küçədə saxladığı avtomobilinin açıq olan yük yerindən bir ədəd “preperator” usta aləti naməlum şəxs tərəfindən oğurlanmışdır. Bu barədə polisə şikayət etdikdən sonra məlum olmuşdur ki, oğurluq edən şəxs qonuşusu Şəxs olmuşdur. Hal-azırda avtomobilindən oğurlanmış bir ədəd “preperator” usta aləti ona qaytarılmışdır. Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin zərər çəkmiş şəxs X3 da məhkəməyə ərizə ilə müraciət edərək, Şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Zərər çəkmiş şəxslə barışmaqla bağlı inzibati məsuliyyətdən azad etməni nəzərdə tutan Azərbaycan Respublikasının İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarına əlavə olunmuş 11 fevral 2024-cü il tarixli, AZA 021173 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 11 fevral 2024-cü il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xətanı törətmiş şəxs Şəxs zərər çəkmiş şəxs X3 ilə barışmasını və ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməli, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, məhkəmə zalından dərhal azad olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Azərbaycan Respulikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs iş üzrə zərər çəkmiş şəxs X3 ilə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün inzibati məsuliyyətdən azad edilsin və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə zalından dərhal azad olunsun. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar