Məhkəmə qərarları › İş №3(073)-1053/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1053/2025

19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1053/2025 19.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Şikayətçi Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X1 nümayəndəsi X5 iştirakları ilə, Şikayətçi Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilməyi barədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X1 06 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X11 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayətçi Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru X11 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X1 06 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru X11 şikayət ərizəsini əsaslandıraraq izahatında bildirdi ki, o, 2020-ci ilin oktyabr ayından Cəlilabad rayon Göytəpə şəhər “V.Mürsəlov” adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. Məktəbin kimya müəllimi işləmiş X14 işdən çıxdıqdan sonra əmək haqqının düzgün hesablanmaması barədə şikayəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və 76-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozduğuna görə onun barəsində 29 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsilə tərtib edilmiş protokol əsasında 06 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar verilmişdir. Hesab edir ki, həmin qərar əsassızdır, ona görə də ləğv olunmalıdır. Belə ki, X14 ilə 02 sentyabr 2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmaqla müəllim kimi işə qəbul olunmuş, 65 yaşının tamam olması ilə bağlı 02 fevral 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Sonradan ehtiyac olduğu üçün Pərvanə Abıyeva 19 sentaybr 2024-cü il tarixdən 13 iyun 2025-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. 04 iyun 2025-ci il tarixdə onun tərəfindən X10 bağlanmış müddətli əmək müqaviləsinə 13 iyun 2025-ci il tarixdə xitam veriləcəyi barədə bildiriş şəxsən təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 13 iyun 2025-ci il tarixdən X14 ilə bağlanmılmış əmək müqaviləsinə xitam verilməsi və son haqq hesabının hesablanaraq ödənilməsi barədə onun tərəfindən 10 iyun 2025-ci il tarixli, 81 nömrəli əmr verilmişdir. 13 iyun 2025-ci il tarixdə X14 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi məqsədilə 13 iyun 2025-ci il tarixdə onun tərəfindən ƏMAS proqramına daxil olmağa dəfələrlə cəhd edilsə də texniki nasazlıq səbəbindən giriş mümkün olmamışdır. Ona görə də bu barədə həmin gün akt tərtib edilmişdir. 14-16 iyun 2025-ci il tarixlər də qeyri-iş günləri olduğu üçün növbəti iş günü, yəni 17 iyun 2025-ci il tarixdə ƏMAS proqramına daxil olaraq X14 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X6 oğlu X9 haqq hesabının düzgün hesablanmaması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X2 müraciət etmiş, araşdırma aparılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 tərəfindən ona ünvanlamış 26 iyul 2025-ci il tarixli məktubla onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə inzibati protokol tərtib edilməklə göndərilmiş və ona bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və 76-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozmuşdur. 11 avqust 2025-ci il tarixdə isə, 06 avqust 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməyi və həmin cərimənin şərti tətbiq edilməsi barədə bildiriş və qərar almışdır. Ona bildirişlər tövsiyyə edilmişdir ki, 30 gün müddətində X6 əmək müqaviləsinə xitam verilməsi barədə əmrləri ləğv edərək əvvəlki işinə bərpa edib, nəticəsi barədə X15 Xidmətinin X2 rəsmi məlumat versin. Əks təqdirdə inzibati cərimə şərti olaraq tətbiq edilməsi haqqında qərar ilə cərimə tətbiq olunacaq. X15 Xidmətinin X1 bu göstərişi qanunsuzdur. Əvvəla müqavilə bağlayıb işə götürmənin bir neçə mərhələli proseduları var, digər tərəfdən hansı müddətə işə götürülməsi və təkrar əmək müqaviləsinə xitam verilməsi işçinin hüquqlarının pozulmasıdır. Yəni, Əmək Müfəttişliyi Xidmətinin X1 bu tövsiyyəsi suni şəkildə əmək müddətinin uzaldılma səbəbidir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilməyi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X1 06 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanların nəzərə alınaraq şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X1 nümayəndəsi X12 şikayətin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbin kimya müəllimi X6 oğlu Rahim Abıyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X2 müraciət edərək onunla bağlı əmək münasibətlərinin pozulduğunu bildirmişdir. Qeyd edilən məsələ ilə bağlı X15 Xidmətinin X1 müraciətə əsasən X10 aid aidiyyəti sənədlər müfəttişliyə təqdim olunmuşdur. X15 Xidmətinin X3 26 iyul 2025-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin və 76-cı maddəsinin 2- ci hissəsinin tələblərinin pozulmaqla X6 əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyi və bu halın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan xətalara səbəb olduğu bildirilmişdir. Müfəttişlik işəgötürən Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru X4 adına 29 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və protokolun surəti X7 göndərilmişdir. Eyni zamanda X15 Xidmətinin X3 29 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokoluna uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 06 avqust 2025ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edərək, Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru X8 (işəgötürəni) 1500 (bir min beş yüz) manat məbləğində cərimə etmiş və 06 avqust 2025-ci il tarixli, 3-17-5/2-70174/2025 nömrəli bildirişdə X6 30 (otuz) gün müddətində əvvəlki işinə bərpa edilməsi tövsiyyə edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 29 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbin direktoru X4 barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və 76-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq 17 iyun 2025-ci il tarixdə X6 müqaviləsinə xitam vermişdir. İşdə olan 06 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbin direktoru X11 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və 76-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq 17 iyun 2025-ci il tarixdə X6 müqaviləsinə xitam verdiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan 19 avqust 2025-ci il tarixli, 254 saylı arayışdan görünür ki, X11 2022-ci ilin dekabr ayından Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta ümumtəhsil məkəbində direktor vəzifəsində işləyir. İşdə olan Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elnur Quliyev tərəfindən həmin məktəbin kimya müəllimi X10 ünvanlanmış 04 iyun 2025-ci il tarixli, 238/1 saylı bildirişdən görünür ki, sizinlə ilə bağlanmış əmək müqaviləsinin müddəti 13 iyun 2025-ci il tarixində bitir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən bağlanmış müddətli əmək müqaviləsinə 13 iyun 2025-ci il tarixində xitam veriləcəkdir. Həmin bildirişi X14 04 iyun 2025-ci il tarixdə şəxsən imza etməklə qəbul etmişdir. İşdə olan 10 iyun 2025-ci il tarixli, 81 nömrəli əmrdən çıxarışdan görünür ki, X17 ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün bağlanmış əmək müqaviləsinə 13 iyun 2025-ci il tarixində xitam verimiş və son haqq hesab hesablanaraq ödənilmişdir. İşdə olan 13 iyun 2025-ci il tarixli aktdan görünür ki, X14 ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi məqsədi ilə 13 iyun 2025-ci il tarixində məktəbin direktoru Elnur Quliyev tərəfindən ƏMAS proqramına daxil olmağa dəfələrlə cəhd edilsə də texniki nasazlıq səbəbindən sistemə giriş mümkün olmamışdır. İşdə olan 3E90DLP000500 nömrəli elektron çıxarışdan görünür ki, Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə kimya müəllimi vəzifəsində çalışan X6 əmək müqaviləsinə 17 iyun 2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2.b - əmək müqaviləsinin müddətinin qurtarması əsasında xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 tərəfindən Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru X7 verilmiş 06 avqust 2025-ci il tarixli, 3-17-5/2-70174/2025 nömrəli bildirişdən görünür ki, Sizə tövsiyyə edilir ki, 30 gün müddətinə X6 əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər ləğv edilərək əvvəlki işinə bərpa edib, nəticəsi barədə X15 Xidmətinin X2 rəsmi məlumat verəsiniz. Əks təqdirdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməlisiniz. İşdə olan əmək müqaviləsinə xitam verilməsinə dair 17 iyun 2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X6 vəzifəsinə 68.2.b - əmək müqaviləsinin müddətinin qurtarması əsasında xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsi əmək müqaviləsinin bağlanması əsaslarını və qaydasını tənzimləyir. Həmin məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin məcəllənin 76-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, hüquqi baxımdan işəgötürən olaraq Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru X11 qanun pozuntusu etməmişdir. Belə ki, Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elnur Quliyev əmək qanunvericiliyinin tələblərinə müvafiq həmin məktəbin kimya müəllimi X10 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən bağlanmış müddətli əmək müqaviləsinə 13 iyun 2025-ci il tarixində xitam veriləcəyi ilə bağlı 04 iyun 2025-ci il tarixli, 238/1 saylı bildiriş ünvanlamışdır. Həmin bildirişi X14 04 iyun 2025-ci il tarixdə şəxsən imza etməklə qəbul etmişdir. 10 iyun 2025-ci il tarixli, 81 nömrəli əmrlə X17 ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün bağlanmış əmək müqaviləsinə 13 iyun 2025-ci il tarixində xitam verilmiş və son haqq hesab ödənilmişdir. X14 ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi məqsədi ilə 13 iyun 2025-ci il tarixində məktəbin direktoru Elnur Quliyev ƏMAS proqramına texniki nasazlıq səbəbindən giriş mümkün olmamışdır, bu barədə 13 iyun 2025-ci il tarixli akt tərtib edilmişdir. X6 əmək müqaviləsinə 17 iyun 2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2.b - əmək müqaviləsinin müddətinin qurtarması əsasında xitam verilməsinə dair 3E90DLP000500 nömrəli elektron çıxarış əldə edilmişdir. Həmçinin 14-16 iyun 2025-ci il tarixləri qeyri-iş günü olmaqla işçinin əmək hüquqları pozulmamış və inzibati xəta hadisəsi baş verməmişdir. Həmçinin, Əmək Müfəttişliyinin 30 gün müddətinə X6 əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər ləğv edilərək əvvəlki işinə bərpa edib, nəticəsi barədə X15 Xidmətinin X2 rəsmi məlumat verilməsinə dair tövsiyyəsi ilə formal tələb qoyulması əsassız olmuş və əmək müqaviləsinin işəgötürənin iradəsi əleyhinə uzaldılması işəgötürəni əmək və əmlak hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 8.3-cü maddəsinə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Nəzərə alınmalıdır ki, İXM-in 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: -99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi;https://eqanun.az/framework/46960 -99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; ] -99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinin tələbi üzrə məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Qeyd olunan Məcəllənin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Göründüyü kimi, inzibati icraatın başlanmasının ilkin hərəkət olaraq, bu barədə məlumatın doğrulunun araşdırılmasıdır. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: -inzibati xəta hadisəsi; -inzibati xəta törətmiş şəxs; -inzibati xəta törətməkdə şəxsin təqsiri; -inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; -inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; -inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; -işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Göründüyü kimi, əmək müfəttişliyinin inzibati icraatı başlamaq üçün qənaəti işin faktiki hallarına uyğun deyil. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. İXM-in 134.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: -134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; https://eqanun.az/framework/46960 İXM-in 135.1 və 135.1.5-1.-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd olunan Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunan qanun normalarının tələblərinə görə İXM-nin 192.6-cı maddəsinin dispozisiyasında müəyyən olunmuş inzibati xəta tərkibinin obyektiv cəhətini təşkil edən və Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru X4 hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli (hərəkət və ya hərəkətsizliyi) müəyyən olunmur. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, X4 əməlində inzibati xəta hadisəsi olmadığından onun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 tərəfindən tərtib edilmiş 06 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X3 tərəfindən Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru X4 Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat cərimə olunmasına dair onun barəsində qəbul edilmiş 06 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar