Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1057/2023 13.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs, xx.xx.1960-ci ildə Cəlilabad rayonu, Kazımabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayon, Kazımabad kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Ağayev X3 rayon məhkəməsinin xx.xx.2019cü il tarixli, 2(073)-1245/2019 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 verdiyi izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-1245/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2363 manat borc və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə və Şirvan kommersiya məhkəməsinin 23 iyun 2021-cu il tarixli, e-2-2(121)-706/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3.930 manat borc və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. İcra vərəqələri Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildirişlər göndərilmişdir. Borclu Şəxs hal-hazırda Cəlilabad Rayon Məhkəməinin icra vərəqəsi üzrə 2363 manat borc və 30 manat dövlət rüsumun və Şirvan kommersiya məhkəməsinin icra vərəqələri üzrə 3.930 manat borc və 30 manat dövlət rüsumu borcu qalmışdır. Şəxs borcunun ödənilməsi tələb olunsa da, o tələb olunan borcu ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində Cəlilabad rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-1245/2019 saylı icra vərəqəsinə əsasən ondan 2363 manat borc və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMCyə və Şirvan kommersiya məhkəməsinin 23 iyun 2021-cu il tarixli, e-2-2(121)-706/2021 saylı icra vərəqəsinə əsasən ondan 3.930 manat borc və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Onun hal-hazırda Cəlilabad Rayon Məhkəməinin icra vərəqəsi üzrə 2363 manat borc və 30 manat dövlət rüsumun və Şirvan kommersiya məhkəməsinin icra vərəqələri üzrə 3.930 manat borc və 30 manat dövlət rüsumu borcu qalmışdır. Borcu qısa zamanda ödəyəcəkdir. Ona görə də barəsində yüngül cəza verilməsini xahiş etdi. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1057/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1057/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver