Məhkəmə qərarları › İş №3(073)-1058/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1058/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1058/2023 13.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi (vəkil) Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə Cəlilabad rayonunun Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Günəşli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə 13 oktyabr 2023-cü il tarixdə Quliyev X1 RPŞ-nin inzibati binasının daxilində ucadan nalayiq ifadələr işlətmiş və həmin vaxt onu nizam-intizama dəvət edən polisin işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzizibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, 13 oktyabr 2023-cü il tarixdə Cəlilabad RPŞ-nin rəisinin köməkçisinin dəvəti ilə Cəlilabad RPŞ-nə getmiş, lakin hər hansı bir qanunsuz hərəkətə yol verməmiş, nalayiq ifadələr işlətməmiş və heç bir inzibati xəta hadisəsi törətməmişdir.Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi, şahid ifadələri və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə, saat 10:50 radələrində RPŞ-nin giriş qapısında xidmətdə olduğu zaman, özünü bloqer kimi təqdim edən Şəxs onalara yaxınlaşaraq rəisin qəbuluna girmək istədiyini bildirmiş, onlar Vüqara bir neçə dəqiqə gözləməli olduğunu və rəhbərliyə məruzə etdikdən sonra qəbul olunacağını bildirdikdə Şəxs nalayiq ifadələr işlədərək onlara tabe olmamış və Cəlilabad RPŞnin inzibati binasına daxil olmuşdur. Şəxs ardınca binaya daxil olduqda onun ucadan nalayiq ifadələr işlətməkdə davam etdiyini və onu nizam-intizama dəvət edən polis işçilərinə tabe olmadığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 şahid X3 izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad RPŞ-nin NH-nin məsul növbətçisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə, saat 10:50 radələrində xidmətdə olduğu zaman bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlədərək RPŞ-nin inzibati binasına daxil olduğunu görmüşdür. Həmin şəxsə yəni, özünü bloqer kimi təqdim edən Şəxs yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onlara tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş və şöbənin iş rejimini pozmuşdur. O, da bu barədə raport yazaraq RPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə Şəxs ona istinad olunan inzibati xətanı törətməməsi ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Şəxs hüquqazidd hərəkətlərini davam etdirməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran halı, məsuliyyət yüngülləşdirən halların olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 13 oktyabr 2023-cü il tarixdən, saat 16:40-dan hesablansın. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar