Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1062/2023 14.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elçin Xasıyev tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 17276254 saylı inzibati xəta haqqında protokola əsasən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərardan X3 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, Müəyyən etdi: X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elçin Xasıyev tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 17276254 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini əsaslandıraraq göstərdi ki, 04 oktyabr 2023-cü ildə Bakı-Astara magistral avtomobil yolunun Sahil qəsəbəsi ərazisində onun surət həddini aşmağı barəsində protokol, eyni zamanda həmin protokol əsasında elektron qərar tərtibedilmişdir. Bu barədə onun sonradan, yəni 11 oktyabr 2023-cü ildə Salyan şəhər ərazisində X Tağım baş yol patrul xidməti tərəfindən saxlanılıqdıqan sonra məlumatı olmuşdur. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsinə əsasən barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Qanunun tələblərinə görə inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsininzibati xəta törətməsini sübut edən hallar-foto və video çəkiliş inzibati xəta haqqında protokola əlavə edilməli və inzibati xəta törədən şəxsin təqsirliyini sübut edən hallar sübutarla birlikə qiymıtləndirilməlidir. Barəsində tərtib olunan 77KZ 840 dövlət nömrə nişanlı avtomobilə görə, yəni həmin avtomabili həmin vaxt idarə etməyi barədə həmin Qanun tələblərini pozmağı təstiq edən sübutlar-foto şəkil və ya video görüntü yoxdu. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53-cü maddəsində İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar göstərilmişdir. Qeyd olunana əsasən Azərbaycan Respublikası DİN BDYPİ-nin tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 17276254 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elçin Xasıyev tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 17276254 nömrəli “inzibati xəta haqqında protokol”un surətində göstərilir ki, xx.xx.2023-cü il tarixdə X3 idarə etdiyi “Kia Optima” markalı ** KZ *** dövlət nömrə nişanlı avtomobilli idarə edərkən yolda müəyyən edilmş hərəkət sürətini 10- 20 km/saat həddində aşmasına və nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqiliyyat vasitəsini idarə etməsinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarla X3 inzibati məsuliyyətə cəlb edilərək 328.1-ci və 332.2-ci maddlərinə əsasən 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərardan xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) inzibati xəta haqqında protokola əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, X2 barəsində xx.xx.2023-cü il tarixli, EQ 17276254 saylı protokol əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elçin Xasıyev tərəfindən tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati qərarın ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə… Qərara aldı: X2 barəsində xx.xx.2023-cü il tarixli, EQ 17276254 saylı protokol əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenatı Elçin Xasıyev tərəfindən tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati qərarın ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1062/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1062/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver