Məhkəmə qərarları › İş №3(073)-1065/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1065/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1065/2023 16.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs Zülfüqar oğlunun və Zərərçəkmiş şəxsnın iştirakı ilə, Şəxs Zülfüqar oğlu – xx.xx.1999-cı ildə Cəlilabad rayonu, Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşqul olan, Cəlilabad rayonu, Maşlıq kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: 16 oktyabr 2023-cü il tarixli, MN 18296021 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zülfüqar oğlu 08 iyul 2023-cü il tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospektində vətəndaş Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Mehdi Əlizadni döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Şəxs Zülfüqar oğlunın bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmişin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs Zülfüqar oğlu izahtında bildirdi ki, 08 iyul 2023-cü il tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospektində vətəndaş Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış mübahisə zamanı o, Mehdini döyməmiş əsəbi olduğu üçün boğazından tutub sadəcə itələmişdir. Hazırda etdiyi əmələ görə özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 08 iyul 2023-cü il tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospektində vətəndaş Şəxs Zülfüqar oğlu ilə aralarında mübahisə yaranmış mübahisə zamanı Şəxs onun üz və sol boğaz nahiyyəsinə yumruqla vurmuşdur. Hazırda Şəxs Zülfüqar oğlu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin 12 iyul 2023-cü il tarixli, 631 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs sol gözyuvası ətrafında qançır, sol yanaq və boyun sol yan səthində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə həmin məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İzibati Xətalar Məcəlləsinin 53.1.9-ci maddəsinə görə həmin məcəllənin 157 və 158ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; Məhkəmə inzibati xəta törətmiş şəxslə Şəxs Zülfüqar oğlu ilə Zərərçəkmiş şəxsnın barışdıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş X1 inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Zülfüqar oğlu Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar