Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1067/2023 17.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1991-ci ildə Cəlilabad rayonu, Bayxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Bayxanlı kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə 13 aprel 2023-cü ildə, saat 16:00-da Cəlilabad rayonu, Gülməmmədli kəndində Şəxs “VAZ 21074” markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək Cəlilabad rayonu, Bayxanlı kəndi istiqamətindən Ocaqlı kənd istiqamətinə, rayonun Gülməmmədli kəndi ərazisində keçən hissəsində hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkətdə olan Cəlilabad rayonu, Sarxanlı kənd sakini X2 məxsus “QAZ 2705 Yük Sərnişin” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilə tokuşaması nəticəsinə “VAZ 21074” markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobilin sərnişini Cəlilabad rayonu, Bayxanlı kənd sakini X4 hadisə yerində olməsinə həmin aftomobilin sürücüsü Şəxs serebral koma, alnının sağ yarısının hematoması, üzün sıyrılmış yarası, xəsarətlərinə “QAZ 2705 Yük Sərnişin” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 isə alın sıyrığı, hər iki dizin sıyrılmış yaralar xəsarətlərinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərdi ki, o, 13 aprel 2023-cü ildə, saat 16:00-da Cəlilabad rayonu, Gülməmmədli kəndində Şəxs “VAZ 21074” markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək Cəlilabad rayonu, Bayxanlı kəndi istiqamətindən Ocaqlı kənd istiqamətinə, rayonun Gülməmmədli kəndi ərazisində keçən hissəsində hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkətdə olan Cəlilabad rayonu, Sarxanlı kənd sakini X2 məxsus “QAZ 2705 Yük Sərnişin” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilə tokuşaması nəticəsinə “VAZ 21074” markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobilin sərnişini Cəlilabad rayonu, Bayxanlı kənd sakini X4 hadisə yerində olməsinə həmin aftomobilin sürücüsü Şəxs serebral koma, alnının sağ yarısının hematoması, üzün sıyrılmış yarası, xəsarətlərinə “QAZ 2705 Yük Sərnişin” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 isə alın sıyrığı, hər iki dizin sıyrılmış yaralar xəsarətlərinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1067/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1067/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver