Məhkəmə qərarları › İş №3(073)-1069/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-1069/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-1069/2024 09.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 22 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərarından Əli Tekistil MMC-nin direktoru X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 22 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərarından Əli Tekistil MMC-nin direktoru X1 şikayətə daxil olmuşdur. Əli Tekistil MMC-nin direktoru X1 verdiyi şikayətə öyrənilərkən məlum olmuşdur ki, şikayətçi şikayət ərizəsinə əlavə olunmalı olan sənədləri məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Əli Tekistil MMC-nin direktoru X1 verdiyi şikayəti natamam olduğundan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 100, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Əli Tekistil MMC-nin direktoru X1 verdiyi şikayəti natamam olduğundan geri qaytarılsın. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar