Məhkəmə qərarları › İş №3(073)-1073/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1073/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1073/2024 10.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs Mirzəbəy qızının, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi anası Qanuni nümayəndə iştirakı ilə, Şəxs Mirzəbəy qızı – xx.xx.1968-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Ə.Vavid küçəsində nomrəsiz evdə yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 10 dekabr 2024-cü tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs Mirzəbəy qızı yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Mirzəbəy qızı Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs Mirzəbəy qızı izahat verərək bildirdi ki, Qanuni nümayəndə və onun azyaşlı oğlunu təxminən iki il olar ki, tanıyır, onlarla heç bir düşmənşiliyi və ədavəti yoxdur, təxminən iki il bundan qabağ oğlu Mirmusa Qiyamov ilə qeyri-rəsmi olaraq Qanuni nümayəndə ilə ailə hayatı qurarq onun yaşadığı evdə qaldığı üçün buna etraz etdiyinə görə mütəmadi olaraq əsassız olaraq Sahilə onun barəsində dəfələrlə polisə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs qoyun otaran zaman öz yaşadığı evin həyətindən onu görmüş, həmin vaxt yaşadığı evin həyətində olan təndirdə çörək bişirirmiş, ona yaxın getməmiş, onu döyməmiş, ona hər hansı bir xəsarət yetirməmişdi. Onun bu barədə dedikləri yalan və böhtandır və onu şərləmək üçün bu cür müraciət emişdir. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar əbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi anası Qanuni nümayəndə iştrakı ilə xx.xx.2024-cü il tarixdə günorta saatlarında qoyunları otlaq sahəsinə aparan zaman Şəxs əlində olan ağacla onun yanına yaxınlaşaraq onu nalayiq ifadələr işlədərək, əlində olan ağacla onun sağ qıç nahiyyəsinə vuraraq onu döymüşdür, onun əlindən çıxaraq yaşadığı evə gələrək bu barədə anası Qanuni nümayəndə demişdir, anası da bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə qısa müddət ərzində baş vermiş, hadisə zamanı orada başqa heç kim olmamışdır. Ona görə də Şəxs Mirzəbəy qızınun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 919 saylı rəyinin surətindən görünür ki, 2012-ci il təvvəlüdlü Zərərçəkmiş şəxs Zahid oğlunda sağ bud nahiyyəsində qançırlar müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X1 Bölməsinin 29 noyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs Mirzəbəy qızınun törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Şəxs Mirzəbəy qızınun inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs Mirzəbəy qızınun barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Mirzəbəy qızı Azərbaycan Respulikası İXM-in 157ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar