Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1074/2024 10.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs – xx xxxxxx 1985-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə barəsində Cəlilabad rayon X1 Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs 27 iyun 2024-cü il tarixdə Cəlilabad rayon Göytəpə şəhəri İ.Dadaşov küçəsində yaşadığı evdə həyat Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati işin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə şifahi və yazılı izahat verərək bildirdi ki, barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə olan inzibati material üzrə özünü təqsirli bilir. Zərərçəkmiş Zərərçəkmiş şəxs oğlu ilə barışmışdır. Zərərşəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Odur ki, zərərçəkmiş şəxslə barışmalarını nəzərə alıb inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs oğlu məhkəməyə izahat verərək bildirdi ki, inzibati xəta törədən Şəxs onun həyat yoldaşıdır. Şəxs 27 iyun 2024-cü il tarixdə Cəlilabad rayon Göytəpə şəhəri İ.Dadaşov küçəsində yaşadığı evdə onu döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Şəxsla barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, barışmalarını nəzərə alıb inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı izahat da verərək, Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və barışmalarını nəzərə alıb Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi- Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsinin 04 iyul 2024-cü il tarixli, 550 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ said nahiyəsində qançırlar müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti 24 iyun 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan 12 iyul 2024-cü il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığndan material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs törətmiş olduğu inzibati xəta özünün şəxsi etirafı, zərərçəkmişin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 39-cu maddəsinə əsasən, həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir.. Azərbaycan Respublikasının İXM-nin 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Məhkəmə Zərərçəkmiş şəxs Şəxs ilə barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respulikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün inzibati məsuliyyətdən azad edilsin və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-1074/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1074/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver