Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1075/2023 01.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Cəlilabad şəhəri Azərbaycan küçəsində fəaliyyət göstərən “Region 15 Dönər” obyektinin rəhbəri X2 barəsində Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: 06 oktyabr 2023-cü il tarixli MN-1255696 saylı inzibati xəta haqqında protokoldan görünür ki, 06 oktyabr 2023-cü il tarixdə saat 16:56 radələrində Cəlilabad şəhəri Azərbaycan küçəsində “Region 15 Dönər” adlı reklam yayıcısı X6 tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişləri və qərarları vaxtında və tam yerinə yetirməmişdir. Bununla da Cəlilabad şəhəri Azərbaycan küçəsində fəaliyyət göstərən “Region 15 Dönər” obyektinin reklam yayıcısı X6 Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törədən “Region 15 Dönər” adlı reklam yayıcısı X3 məhkəmə iclasının vaxtı vı yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə “Region 15 Dönər” obyektinin reklam yayıcısı X2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşin məhkəmə baxışında iştirak edən Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X7 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, iş üzrə inzibati xəta haqqında icraat aparııarkən protokolda qeyd edilən reklam lövhəsinin kimə aid olduğu aydınlaşdırılmış və müəyyən edilmişdir ki, həmin reklam lövhəsi X3 məxsusdur. Ona görə də reklam yayıcısı X3 açıq məkanda reklam yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması barədə xx.xx.2023-cü il tarixli 000481 saylı yazılı göstəriş və akt poçt vasitəsilə rəsmi olaraq göndərilmişdir. Həmin sənədlər 29 sentyabr 2023-cü il tarixdə alıcıya rəsmi olaraq çatdırılmış və bundan 6 gün sonra - 06 oktyabr 2023-cü il tarixdə müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən reklamın yayımını dayandırması ilə əlaqədar xəbərdar edilməsinə baxmayaraq reklam yayıcısı X6 tərəfindən bu barədə heç bir tədbir görülməmişdir. Odur ki, Cəlilabad şəhəri Azərbaycan küçəsində fəaliyyət göstərən “Region 15 Dönər” obyektinin reklam yayıcısı X2 Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibatı məsuliyyət cəlb edilməsini və barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X8 məhkəmədə izahat verərək bildirmişdir ki, 19 sentyabr 2023-cü il tarixdə Cəlilabad şəhəri Azərbaycan küçəsində fəaliyyət göstərən “Region 15 Dönər” obyektində qanunsuz reklam yayımlanması onlar tərəfindən aşkar olunmuş və bu barədə akt tərtib edilərək reklam yayıcısı X3 “Reklam haqqında” Azərbaycan Respublikasının 26.2-ci maddəsinin tələbləri izah edilməklə açıq məkanda reklam yerləşdirmək üçün müvafiq icazənin alınması bildirilmişdir. Əlavə olaraq reklam yayıcısı X3 bu barədə xx.xx.2023-cü il tarixli 000481 saylı yazılı göstəriş və akt poçt vasitəsilə rəsmi olaraq göndərilmişdir. Həmin sənədlər 29 sentyabr 2023-cü il tarixdə alıcıya rəsmi olaraq çatdırılmışdır. Onların tərəfindən “Region 15 Dönər” obyektinə təkrar baxış keçirilərkən həmin obyektdə qanunsuz reklam yayımlanmasının davam etdirilməsi və yazılı göstərişdə qeyd olunanlara əməl edilmədiyi aşkar edilmişdir. Bundan sonra, yəni 06 oktyabr 2023-cü il tarixdə “Region 15 Dönər” obyektinin reklam yayıcısı X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X10 da şahid X5 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 000481 nömrəli aktdan görünür ki, Cəlilabad şəhəri Azərbaycan küçəsində yerləşən ünvanda açıq məkanda X6 tərəfindən “Dönər Region 15” reklam daşıyıcısının yayımlanması halı aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 000481 nömrəli “Yazılı göstəriş”dən görünür ki, həmin reklamın yayımının 5 (beş) gün müddətində dayandırılması tələb edilmişdir və həmin göstəriş ünvan 2 ünvanlanmışdır. İş materiallarında olan teleqramdan görünür ki, X9 İdarəsi tərəfindən X3 ünvanlanan xx.xx.2023-cü il tarixli SS870100705AZ saylı göndəriş xx.xx.2023-cü il tarixdə saat 11:06-da çatdırılmışdır. İş materiallarında olan fotoşəkildən sözügedən reklam daşıyıcısının yayımlandığı görünür. İş materiallarında olan “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” haqqında çıxarışdan görünür ki, X6 vergi ödəyicisidir, yəni vəzifəli şəxsdir (VÖEN: **********). Məhkəmə proses iştirakçısını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin məzmununa əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Cəlilabad şəhəri Azərbaycan küçəsində fəaliyyət göstərən “Region Dönər 15” obyektinin reklam yayıcısı X2 barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-1075/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1075/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver