Məhkəmə qərarları › İş №3(073)-1077/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1077/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1077/2023 15.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xətanı törətmiş şəxs Şəxs təhsisçisi X2, X7 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, ünvan 1 ünvanda yerləşən Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 09 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxsndə müvafiq icazə sənədi olmadan qanunsuz reklam yayımlanması aşkar olunmuşdur. Bununla da ünvan 1 ünvanda yerləşən Şəxs Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X7 İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirdi ki, ünvan 1 ünvanda yerləşən Şəxs müvafiq icazə sənədi olmadan qanunsuz reklam yayımlanması aşkar olunmuşdur. Reklamların qanunsuz yayımlanması faktı ilə bağlı fəaliyyət göstərən Savalan-87» X10 Müəssisəsinin təhsisçisi X5 dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, əlavə reklam yayımı üçün müvafiq icazə sənədinin alınmasından ötrü X7 İdarəsinə müraciət etməmişdir. Bunula da, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinin, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinin tələblərini pozmuşdur. X7 İdarəsinin qanunla üzərinə qoyulan məsuliyyət və səlahiyyətlər çərçivəsində Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən Şəxs təhsisçisi X8 barəsində müvafiq tədbir görülməsi üçün protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən Şəxs barəsində hüquqi şəxs kimi protokol tərtib edilmişdir. Ona görə də ünvan 1 ünvanda yerləşən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İnzibati xətanı törətmiş şəxs ünvan 1 ünvanda yerləşən Şəxs təhsisçisi X8 izahat verərək bildirdi ki, ünvan 1 ünvanda yerləşən Şəxs hazırda fəaliyyət göstərir. O, bütün dövrlərdə reklam işçiləri obyektə gələrək reklama görə müqavilə bağlamışdır. Lakin 2023-cü il sentyabr və oktyabr ayında 28 may küçəsi 89 ünvanda yerləşən Şəxs reklam müqaviləsinin vaxtı bitmiş və onun şəxsi problemləri olduğundan müqavilənin vaxtını uzatmamışdır. Barəsində tətib edilmiş izibati protokol əsasızdır və qanunsuz tərtib olunmuşdur. Ona görədə məhkəmədən izibati protokolun təmin edilməməsini xahiş etdi. İnzibati xətanı törətmiş şəxs ünvan 1 ünvanda yerləşən Şəxs bu əməli inzibati xəta haqqında protokolla və Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsinin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsinin 14 sentyabr 2023-cü il tarixli, 000643 saylı göstəriş məktubunun surətindən görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın (bundan sonra-qayda) 3-cü bəndini rəhbər tutaraq qeyd olunan qanun pozuntularını 5 gün ərzində aradan qaldırılması X4 tələb olunmuş. Əks təqdirdə, açıq məkanda reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 428.7-ci maddəsində və Qaydaların 3.5-ci bəndində nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq olunacaqdır. İşdə olan ********** saylı VÖEN-nin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxs hüquqi şəxs statusuna malikdir. Məhkəmə inzibati xəta törətmiş şəxs ünvan 1 ünvanda yerləşən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən hüquqi şəxs olmasını və dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq müvafiq icazə sənədinin alınmamasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs ünvan 1 ünvanda yerləşən Şəxs Azərbaycan Respulikası İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar