Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1079/2024 24.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, X1 iştirakları ilə, Azərbaycan Respublikasınn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair 14 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikasınn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X7 Azərbaycan Respublikasınn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X6 Əli oğlu şikayəti müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikasınn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 oktyabr 2024-cü il tarixli MN ******* saylı protokolu əsasında qəbul edilmiş 14 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarın əsassız və qanunsuz hesab edir. Belə ki, həmin qərarın qəbul edlməsinə əsas ondan ibarət olmuşdur ki, güya ki o, Cəlilabad şəhəri, A.Gəraybəyli küçəsində 17 aprel 2024-cü il tarixdə kanal kənarında əkilmiş qarağac və tut cinsindən olan gövdə qalınlığı 2,4 sm olan 6 ədəd ağacların kökündən çıxarılaraq məhv etmişdir. Azərbaycan Respublikasınn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 noyabr 2024-cü il tarixli, MN ******* asylı qərarı ədalətli olmamışdır və günahsız olduğu halda onu təqsirli sayılmağı İnxibati Xətalar Məcəlləsinə zidd olmuşdur. Belə ki, sözü gedən ağaclar onun oğlunun mülkiyyətində olan torpaq sahəsinin sərhəddində qonşusu tərəfindən qanunsuz əkildiyi üçün həmin günü onun tərəfindən çıxarılmışdır. Həmin topaq sahəsi 11 yanvar 2018-ci il tarixli çıxarışla onun istifadəsinə verilmiş pay torpaq sahəsidir. Qanunvericiliyin tələbinə görə xüsusi mülkiyyətdə olan bağ, bağça və sair torpaqlarda icazə olmadan heç kəs əkin işləri apara bilməz, həmçinin həmin ağaclar kök salmış ağaclar olmamış və həmin günü əkilmişdir. Məhkəmədən Azərbaycan Respublikasınn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasınn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarından görünür ki, X2 şəhəri, A.Gəraybəyli küçəsində 14 aprel 2024-cü tarixdə, kanal kənarında əkilmiş qarağac və tut cinsindən olan gövdə qalınlığı olan 2,4 sm ölçüdə olan 6 (altı) ədəd ağacları qanunsuz olaraq kökündən çıxaraq məhv etmişdir. İşdə olan Azərbaycan Respublikasınn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Cəlilabad rayon Məhkəmsinin 13 avqust 2024-cü il tarixli, 3(073)-657/2024 saylı qərarın sürətindən görünü ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikasınn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarının qanuniliyi məsələsinə qiymət verməyi zəruri hesab edir. İş materiallarından, şikayətçinin izahatından və şahid ifadəsindən görünür ki, Azərbaycan Respublikasınn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müddəalarına riayət edilməmişdir. Belə ki, izibati xəta haqqında qərarda göstərilən 6 ədəd kök salmamış ağac tingləri həmən gün çıxarılıb kənara qoyulmuş Əhliman Məcidovun istifadəsində olan torpaq sahəsinin sərhədində məqsədli olaraq icazəsiz əkilmşdir. Həmin tindlərin torpaqdan çıxarılmas inzibati xəta hadisəsi yaratmır. Həmçinin Azərbaycan Respublikasınn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən14 noyabr 2024-cü il tarixli MN ******* saylı qərar qəbul edilərkən Cəlilabad rayon Məhkəmsinin 13 avqust 2024-cü il tarixli, 3(073)-657/2024 saylı qərarı nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində göstərilir ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilirlər. Məhkəmə arşdırması zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmamışdır. Bu səbəbdən də onun barəsində olan 14 noyabr 2024-cü il tarixli MN ******* saylı qərar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasınn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və qərarın qəbul edilməsinə əsas olan sübutları (inzibati xəta haqqında protokolun, qərarın təsdiq olunmuş surətlərini və baş vermiş inzibati xətanın törədilməsini əks etdirən video görüntüləri və s.) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasınn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasınn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2024cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1079/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1079/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver