Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-108/2024 12.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs- xx.xx.1987-ci ildə Cəlilabad rayonu Bayxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Bayxanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Həziyev X1 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1593/2020 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(073)-853/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1593/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 7500 manat pul və 30 manat dövlət rüsumu alınıb ona verilməlidir. Lakin borclu Şəxs indiyədək ona olan borcundan heç bir ödəniş etməmişdir. Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(073)-853/2023 saylı qərarı ilə Şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Şəxs yenə də icra sənədi üzrə yaranmış borcunu ödəməkdən qəsdən və qərəzli olaraq yayınmışdır. Hazırda icra sənədi üzrə borclunun ona 7530 manat ödənilməmiş borcu vardır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən borclu Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1593/2020 saylı icra vərəqəsinə əsasən ondan 7500 manat pul və 30 manat dövlət rüsumu alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı ona bildiriş göndərilmişdir. Maddi imkanı olmadığından icra sənədini tam icra etməsi mümkün olmamışdır. Hazırda da yaranmış borcunu birdəfəyə ödəmək iqtidarında deyildir. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün və Zərərçəkmiş şəxs izahatları, inzibati xəta haqqında 12 fevral 2024-cü il tarixli, MN № ******* nömrəli protokol və işdə olan digər sənədlərlə tam təsdiq edilmişdir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)- 1593/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 7500 manat pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(073)- 853/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli Borclunun axtarılması haqqında” qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 12 fevral 2024-cü il tarixdən, saat 18:30-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-108/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-108/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver