Məhkəmə qərarları › İş №3(073)-1080/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1080/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1080/2025 25.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta törətmiş şəxs Şəxs Alim oğlunun, onun müdafiəçisi X3 iştirakı ilə, Şəxs Alim oğlu – xx.xx.1989-cu ildə Cəlilabad rayonu, Uzuntəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs Alim oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. 25 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(049)-503/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Alim oğlundan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(049)- 503/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Alim oğlundan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs Alim oğluna dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müxtəlif bəhanələr gətirərək borclarını ödəməkdən boyun qaçırmışdır. Borclu Şəxs Alim oğlu icra vərəqəsi üzrə yaranmış 3520 manat borcundan heç bir ödəniş etməmişdir. Ona görə də borclu Şəxs Alim oğluna inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs Alim oğlu izahatında göstərdi ki, ondan Lənkəran Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(049)-503/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Alim oğlundan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Hazırda həmin borcundan ödəniş etməyə imkanı yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Alim oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs Alim oğlundan məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs Alim oğlu borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs Alim oğlunun şəxsiyyətini, hazırki vaxtadək borcunu ödəməkdən qərəzli şəkildə qəsdən yayınmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Alim oğlu Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 25 avqust 2025-ci il tarixdən, saat 16:15-dən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar