Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1086/2023 19.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Cəlilabad rayonunun Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, N saylı hərbi hissədə bağban işləyən, Cəlilabad rayonu Göytəpə şəhəri O.Eynullayev küçəsi ev 79-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Cəlilabad Rayon Polis Şöbəsindən inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 15 oktyabr 2023-cü il tarixdə Cəlilabad rayonu Göytəpə şəhəri O.Eynullayev küçəsində qonşusu X1 ünvanına ucadan nalayiq ifadələr və təhqiramiz sözlər işlətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat apıraln şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, verdiyi izahatında xx.xx.2023-cü il tarixdə Şəhlanı görmədiyini, onun ünvanına heç bir nalayiq ifadələr işlətmədiyini göstərmiş və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X5 verdiyi izahatında 15 oktyabr 2023-cü il tarixdə qonşusu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun və qızı X2 ünvanına ucadan nalayiq ifadələr və təhqiramiz sözlər işlətdiyini göstərərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin və şahidlərin izahatları və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu Göytəpə şəhəri O.Eynullayev küçəsində yerləşən “Diamand” gözəllik salonuna getmişdir. Həmin vaxt küçəyə çıxan Famiq adlı şəxs uca səslə iş yoldaşı Gülgəz Heydərbəylinin və onun anası Şəhla Hüseynovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onların qonşusudur. Şəxsla aralarında torpaqla bağlı məhkəmə mübahisəsi olmuşdur. Bu səbəbdən Famiq onlara qarşı həmişə aqressiv olmuşdur. xx.xx.2023-cü il tarixdə yaşadıqları evin həyətində olan zaman Şəxs onun və anası Şəhla Hüseynovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də anası Şəhla Hüseynova Azərbaycan Respublikası DİN 102 qaynar xəttinə zəng edərək şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs Şəhla Hüseynova isə qonşusudur. Şəhla Hüseynova ilə aralarında torpaqla bağlı mübahisə olduğuna görə Şəhla Hüseynova onlara qarşı həmişə aqressiv olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Şəhla Hüseynova həyətlərində olan dəmirə vuraraq qəsdən onu qıcıqlandırmağa çalışmış sonra isə həyətlərində olan qumu götürməyi ondan tələb etmişdir. O, da Şəhla Hüseynovaya qısa müddətdə qumu götürəcəyini bildirmişdir. Həmin vaxt əri Şəxs evdə olmamışdır. Təxminən saat 13-14 radələrində əri Şəxs evə gəldikdən sonra baş verənlər barəsində ərinə bildirmişdir. Bundan sonra isə əri Şəxs öz həyətlərində olan Şəhla Hüseynovaya və Gülgəz Heydərbəyliyə irad bildirərək onu (Şəxs) nəyə görə incitdiklərini soruşmuşdur. Həmin vaxt əri Şəxs nə Şəhla Hüseynovanın, nədə onun qızı Gülgəz Hedərbəylinin ünvanına heç bir nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad RPŞ-nin TB-də təhqiqatçı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə X1 Azərbaycan Respublikası DİN 102 xidmətinə etdiyi şikayətlə bağlı Cəlilabad RPŞ-nin Göytəpə PB-nin sahə polis nəfəri X9 ilə birlikdə Şəhla Hüseynovanın yaşadığı ünvana getmişlər. Həmin vaxt Şəhla Hüseynova əsəbi halda qonşusu Şəxs onun, yəni Şəhla Hüseynovanın və qızı Gülgəz Heydərbəylinin ünvanına nalayiq ifadələr və təhqiramiz sözlər işlətdini bildirmişdir. Şəhla Hüseynovanın izahatını aldıqdan sonra Şəhla Hüseynovanın həyətindən çıxan zaman Şəxs öz evinin qarşıdında dayandığını görmüşlər. Şəxs ondan nə üçün gəldiklərini soruşmuş, o, da cavabında Şəhla Hüseynovanın ondan şikayət etdiyini bildirmişdir. Şəxs həmin vaxt Şəhla Hüseynovanı görmədiyini və onun ünvanına heç bir nalayiq ifadələr işlətmədiyini demişdir. Bundan sonra oradan uzaqlaşaraq Şəhla Hüseynovanın ərizəsini aidiyyəti üzrə Cəlilabad RPŞ-nin Göytəpə PB-nə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 şahid X7 izahatına uyğun izahat vermişdir. Məhkəmə Şəxs ona istinad olunan inzibati xətanı törətməməsi ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 19 oktyabr 2023-cü il, saat 10:40-dan hesblansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(073)-1086/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1086/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver