Məhkəmə qərarları › İş №3(073)-1086/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1086/2025

27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1086/2025 27.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, Şəxs – xx.xx.1995-ci ildə Cəlilabad rayonu, Astanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Cəlilabad rayonu, Astanlı kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 25 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(073)-132/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 11235 manat maddi zərər və 30 manat dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair icra məmururun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə iclasında Cəlilabad rayon İcra Şöbəsinin böyük icra məmuru X2 izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(073)- 132/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 11235 manat maddi zərər və 30 manat dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə borclu Şəxs borcundan ödəmiş hazırda isə qalıq borcu 2200 manat qalmışdır və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qalıq borcunu verməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(073)-132/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 11235 manat maddi zərər və 30 manat dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bildirmək istəyir ki, icra vərəqəsi üzrə borclu Şəxs borcunun çox hissəsini ödəmiş hazırda 2200 manat qalıq borcu qalmışdır. Məhkəmədən barəsində ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin və tələbkarın izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə tələbi yerinə yetirməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, maddi vəziyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar