Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1088/2024 18.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İcra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə Şəxs – xx xxx 1984-cu il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad şəhər M.Hüseyn küçəsi ev 15, mənzil 08-də qeydiyyatda olan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 14 iyul 2015-ci il tarixli, 2(073)-1295/2015 saylı icra vərəqəsinə əsasən cavabdəhlər X1 və Şəxs müştərək qaydada 11720 ABŞ dolları (ödəniş gününə olan Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaiti alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Həmçinin Salyan Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 2(057)-26/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 22 sentyabr 2015-ci il tarixdən başlayaraq sabit pul məbləğində hər ay 100 manat tutulub 24 iyul 2015-ci il tarixdə anadan olan X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün X5 verilməsi qət edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədlərini icra müddəti ərzində icrasını tam təmin etməmiş, Cəlilabad Rayon Məhkəməsinin 14 iyul 2015-ci il tarixli, 2(073)-1295/2015 saylı icra vərəqəsi üzrə 13660 manat və Salyan Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 2(057)-26/2016 saylı icra vərəqəsi üzrə 1000 manat aliment borcu yaranmışdır. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Nigar Abasova inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərmişdir ki, borclu Bağırov X6 Rayon Məhkəməsinin 14 iyul 2015-ci il tarixli, 2(073)-1295/2015 saylı icra sənədi üzrə 13660 manat borcu və Salyan Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 2(057)-26/2016 saylı icra vərəqəsinə əsasən 1000 manat aliment borcu icra müddəti ərzində icralarını təmin etməmiş və mütəmadi olaraq borcunu ödəməmişdir. Şəxs bu günə qədər yaranmış hər iki icra vərəqəsi üzrə ümumi borcu cəmi 14660 manatdır. Bu borcun ödənilməsi ondan tələb olunsa da, o, icra vərəqəsinin icrasından qəsdən yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, heç bir yerdə işləmir və maddi imkanı olmadığı üçün icra sənədləri üzrə borclarını ödəyə bilməmişdir. Əməlindən peşmandır, məhkəmədən ona köməklik edilərək, yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(073)-950/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Cəlilabad rayon icra və probasiya şöbəsinin “Borclunun axtarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan edilmişdir. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, Cəlilabad Rayon Məhkəməsinin 14 iyul 2015-ci il tarixli, 2(073)-1295/2015 saylı icra vərəqəsi və Salyan Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 2(057)-26/2016 saylı icra vərəqəsi, icra məmuru Nigar Abasovun izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Azərbaycan Respulikası İXMnin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 18 dekabr 2024-cü il tarixdən, saat 18:40-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-1088/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1088/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver