Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1091/2023 20.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəylər oğlunun iştirakı ilə Şəxs Bəylər oğlu – xx.xx.1977-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşqul olan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon X5 Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Bəylər oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə xx.xx.2023-cü il tarixdə, Şəxs Bəylər oğlu həmkəndlisi Zərərçəkmiş şəxs ünvanına nalayıq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs Bəylər oğlu izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə qardaşı oğlu X6, X4 və Məmmədli İslam oğlu ilə birlikdə Cəlilabad rayonu, Göytəpə deyilən ərazidə avtonəqiliyyat hadisəsi nəticəsində Elvin Məmmədli hadisə nəticəsində olmuş, qardaşı oğlu ilə Fikrətin oğlu xəsarət alməşlar. Həmin hadisədən sonra Fikrət ilə heç bir mübahisələri olmamışdır. xx.xx.2023-cü il tarixdə kənd ərazisində Fikrət onun qarşısını kəsərək hədə-qorxu gəlmiş, anasının birdə onun qarşısını kəsərsə başlarına oyun acacağını bildirmiş. Həmin vaxt X1 ünvanına hec bir təhqirazmız sözlər dememiş Fikrətin dedikləri həqiqətə uyğun deyil və şər böhtandı. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməlməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, xx.xx.2023cü il tarixdə həmkəndliləri X2, oğlanları İntiqam, Ramin, Natiq və gəlinləri Hicranə hec bir səbə olmadan günün ayrı-ayrı vaxtlarında onu və ailə üzvlərini söyüb təhqir ediblər. Bundan başqa Zərərçəkmiş şəxs da fiziki qüsurlu olduğunu təhqir ediblər. Bununla bağlı Şəxs Bəylər oğlunu saxlayaraq ona bu barədə öz iradını bildirmiş və bu zaman onların söhbətlərinə şahid olan olmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Beləliklə, Şəxs Bəylər oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin olmaması özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Bəylər oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir və o, inzibati məsuliyyətindən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 53, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs Bəylər oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti Şəxs Bəylər oğluna təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1091/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1091/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver