Məhkəmə qərarları › İş №3(073)-1091/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1091/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1091/2024 23.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Cəlilabad rayonunun Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Günəşli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3251/2020 saylı icra vərəqəsindəki, xx.xx.2024-cü il tarixli icra qeydindəki və xx.xx.2023-cü il tarixli icra qeydindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)-302/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(004)-3251/2020 saylı icra vərəqəsinə əsasən 08 iyun 2020-ci ildən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Şəxs cəmi 3258.60 (üç min iki yüz əlli səkkiz manat altmış qəpik) manat pul alınıb tələbkar "xxxx" MMC-nə və xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs cəmi 878.95 (səkkiz yüz yetmiş səkkiz manat doxsan beş qəpik) manat pul alınıb tələbkar "xxxx" ASC-nə verilməlidir. İcra sənədləri Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildirişlər göndərilmişdir. Borclunun aliment üzrə borcu 1000 manat təşkil edir. Barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə verilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da Şəxs icra sənədləri üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Bildirmişdir ki, icra sənədləri arasında daha vacib olanı aliment ödənilməsi haqda icra sənədidir, tələbkar borcun tam ödənilməsini tələb edir, şəxs isə mütəmadi olaraq ödənişləri etsə də həmin icra sənədi üzrə borcu qalmaqdadır. Digər icra sənədlərinin icrası ilə bağlı qismən də olsa müəyyən həcmlərdə ödənişlər etməkdədir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3251/2020 saylı icra vərəqəsinə əsasən 08 iyun 2020-ci ildən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən ondan cəmi 3258.60 (üç min iki yüz əlli səkkiz manat altmış qəpik) manat pul alınıb tələbkar "xxxx" MMC-yə və xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən ondan cəmi 878.95 (səkkiz yüz yetmiş səkkiz manat doxsan beş qəpik) manat pul alınıb tələbkar "xxxx" ASCnə verilməlidir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası ilə bağlı bildirişlər ona təqdim edilmişdir. 2024-cü ilin əvvəlinə üç min manatdan çox aliment borcu olmasına və işsiz olmasına baxmayaraq bu günkü günə cəmi 1000 manat borcu qalmışdır ki, onu da hazırda tam ödəyə bilir, bu barədə icra məmuruna da bildirmişdir. Hazırda aliment borcunu tam şəkildə ödəmişdir. Digər icra sənədləri üzrə də xx.xx.2024-cü il tarixdə hər icra sənədinə görə 50 manat ödəniş etmişdir, bu vaxtda qədər də imkanı olduqca ödənişlərini etmişdir. Qalıq borcunu da qısa müddət ərzində ödəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxslərin (tələbkar) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3251/2020 saylı icra vərəqəsinə əsasən 08 iyun 2020-ci ildən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Şəxs cəmi 3258.60 (üç min iki yüz əlli səkkiz manat altmış qəpik) manat pul alınıb tələbkar "xxxx" MMC-nə və xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs cəmi 878.95 (səkkiz yüz yetmiş səkkiz manat doxsan beş qəpik) manat pul alınıb tələbkar "xxxx" ASC-nə verilməlidir. İcra sənədləri Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu aliment üzrə borcunu tam, digər icra sənədlərinin hər biri üzrə isə 50 manat ödəmişdir. Göründüyü kimi, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Alimentlə bağlı icra vərəqəsi xx.xx.2020-ci ildə qəbul edilmiş, həmin vaxtdan bəri şəxs aliment ödəmək öhdəliyini icra etmiş, inzibati xəta haqqında protokol tərtib edilən tarixə cəmi 1000 manat borcu yaranmış və həmin borcu da tam olaraq ödəmişdir, mülki hüquqi əqdlərdən irəli gələn tələblərin hər biri üzrə isə 50 manat ödəniş etmiş və məhkəməyə verdiyi izahatında həmin əqdlər üzrə borclarını da tam olaraq 2025-ci ilin fevral ayı ərzində ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir, çünki şəxsin əməlində icra məmurunun tələblərinin hər hansı üzrsüz səbəbdən icra edilməməsi və ya icradan yayınması halımüəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 23 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar