Məhkəmə qərarları › İş №3(073)-1093/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1093/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1093/2023 20.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Cəlilabad rayonunun Novoqolovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də sosial işçi, Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Cəlilabad Rayon Polis Şöbəsindən inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 20 oktyabr 2023-cü il tarixdə Cəlilabad şəhəri Qurtuluş prospektində X2 ünvanına ucadan nalayiq ifadələr və təhqiramiz sözlər işlətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat apıraln şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, verdiyi izahatında xx.xx.2023-cü il tarixdə X3 ilə aralarında sözlü mübahisə olduğunu, lakin həmin vaxt Zaurun ünvanına heç bir nalayiq ifadələr işlətmədiyini göstərmiş və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X3 verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Cəlilabad şəhəri Qurtuluş prospektində onun və şəhid oğlunun ünvanına ucadan nalayiq ifadələr işlətdiyini, Şəxs şikayətçi olduğunu göstərmiş və onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs ona istinad olunan inzibati xətanı törətməməsi ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzabit qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İşdə olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü ildə, saat 12:20-də tutulmuşdur. Buna görə də Şəxs həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il, saat 12:20-dən hesablanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 20 oktyabr 2023-cü il, saat 12:20-dən hesblansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar