Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1098/2024 26.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1998-cı ildə Cəlilabad rayonu, şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Göytəpə şəhəri, Pişəvəri küçəsi nömrəsiz evdə yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, Müəyyən etdi: 26 dekabrr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Ə.Xankişiyev küçəsində həyət yoldaşı X5 evində münaqişə yaradaraq Natavan və övladları Şahmar, ləman və Mələyi döyərək dərəcəsi təyin olunmayan olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, o, 2008-ci ildə X8 ilə ailə həyatı qurmuş, onlar boşanmasalar da ayrı-ayrı ünvanlarda yaşayırlar. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində o, X1 yaşadığı evə övladlarını görmək niyyəti ilə getmişdir. O, heç bir şəxsi döyməmiş, arvadı X8 onu görən kimi qışqırmış, o, arvadını sakitləşdirmək istəməsinə baxmayaraq sakitləşməmişdir. O, arvadını və üç ayzyaşlı övladlarını döyməmişdir. Arvadı onun övladlarını yalan danışmağa öyrədir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirdi ki, o, 2008-ci ildə Şəxsla ailə həyatı qurmuşlar və onların üç azyaşlı övladları vardır. O, əri ilə boşanmasa da ayrıayrı evlərdə yaşayırlar. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində əri Şəxs onun və üç azyaşı övladlarının kirayə yaşadıqları evə gəlib onunla danışmaq istədiyini demiş, o, Elməddinə danışmaq istəmədiyini demiş bundan sonra Elməddin onu təhqir edib sifət nahiyyəsinə sillə, sağ ayaq nahiyyəsinə təpik vurmuş, daha sonra divara vurmağa başlayanda azyaşlı qızı Ləman, oğlu Şahmar və Mələk onları ayırma çalışanda Elməddin Ləmanın sağ diz nahiyysinə təpik vurmuş, Şahmarın və Mələyin yaxasından tutaraq onları divara vurmuş, daha sonra Elməddin əlini cibinə salıb onları öldürməklə hədələmiş, bundan sonra Şahmar babasını çağırmaq üçün evin pencərəsindən həyətə tullanmış, Elməddin atasının gələcəyini eşidib evdən çıxıb getmişdir. Həmin vaxtı Elməddinin əlini çibinə salmasına baxmayaraq cibindən hər hası bir kəsici yaxud da deşici alət çıxamamışdır. Ona görə də Şəxs barəsində inzibati qaydada həbslə bağlı qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirdi ki, Nətavan onun qızıdır. 2008-ci ildə Şəxsla ailə həyatı qurmuşlar və onların üç azyaşlı övladları vardır. Qızı hazırda əri ilə boşanmasa da ayrı-ayrı evlərdə yaşayırlar. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində qızı ona zəng edərərk əri Elməddin tərəfindən döyüldüyünü bildirərərk ondan gəlməsini xahiş etmişdir. O, qızı gilə gəlib çatanda X15 maşını da artı orada oluşdur. Qızı Nətavana tibbi yardım görsədiləndən sonra qızı özünə gəmişdir. Onu necə vurduğunu və nəylə vurduğunu görməmişdir. Amma qızı hər gün işə gedərkən onun qarşısını kəsərək onu küçə sözləri ilə təqdir edərək hədələyir. Ona görə də Şəxs barəsində inzibati qaydada həbslə bağlı qərar qəbul edilməsini xahiş etdi. Şəxs əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmiş şəxsin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 981 saylı rəyinin surətindən görünür ki, X4 hər iki bauz və hər iki baldır nahiyyəsində qançır müəyyən olunmuş, müəyyən olunmuş xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 982 saylı rəyinin surətindən görünür ki, X2 diz oynağın ön səthində qançır müəyyən olunmuş, müəyyən olunmuş xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 983 saylı rəyinin surətindən görünür ki, X3 kürək nahiyyəsində qançır müəyyən olunmuş, müəyyən olunmuş xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X11 Bölməsinin 23 dekabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində həbs edilsin. İnzibati həbsetmənin əvvəli 26 dekabr 2024-cü il tarixdən, saat 17:10-dan hesablansın. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1098/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1098/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver