Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-11/2025 11.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xətanı törətmiş şəxs X2 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 29 oktyabr 2024-cü il tarixli, EQ 24404708 saylı, 31 oktyabr 2024-cü il tarixli, EQ 24439449 saylı və 02 noyabr 2024-cü il tarixli, EQ 24472465 saylı qərarlarının ləğv edilməsinə dair verilmiş şikayətinə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İnzibati xətanı törətmiş şəxs X1 İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 29 oktyabr 2024-cü il tarixli, EQ 24404708 saylı, 31 oktyabr 2024-cü il tarixli, EQ 24439449 saylı və 02 noyabr 2024-cü il tarixli, EQ 24472465 saylı qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə X3 tərəfindən verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayaraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət üç elektron qərardan verilsə də, həmin 29 oktyabr 2024-cü il tarixli, EQ 24404708 saylı, 31 oktyabr 2024-cü il tarixli, EQ 24439449 saylı və 02 noyabr 2024-cü il tarixli, EQ 24472465 saylı elektron qərarların və istinad olunmuş protokolların surəti iş materiallarına əlavə edilməmişdir. İnzibati xəta törətmiş şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən ayrı-ayrı vaxtlarda qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan ayrıca şikayət verilməli olduğu halda həmin qərarlardan birlikdə şikayət vermiş və şikayətdə istinad olunmuş protokolların surəti iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, şikayətdə qeyd edilən nöqsanlar aradan qaldırılaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların hər birindən ayrıca şikayət verilməli və hər bir qərardan verilmiş şikayətə baxılaraq yekun qərar çıxarılmalıdır. Həmçinin şikayətdə istinad olunmuş qərarların surəti iş materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin məcəllənin 115.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Məhkəmə belə qənaətə gəlir ki, X2 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 29 oktyabr 2024-cü il tarixli, EQ 24404708 saylı, 31 oktyabr 2024-cü il tarixli, EQ 24439449 saylı və 02 noyabr 2024-cü il tarixli, EQ 24472465 saylı qərarlarının ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.5-ci maddəsini rəhbər tutaraq... Qərara aldı: X2 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 29 oktyabr 2024-cü il tarixli, EQ 24404708 saylı, 31 oktyabr 2024-cü il tarixli, EQ 24439449 saylı və 02 noyabr 2024-cü il tarixli, EQ 24472465 saylı qərarlarının ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-11/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-11/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver