Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1107/2023 25.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Zərəçəkimş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, X5 – xx.xx.1976-ci il tarixdə Cəlilabad rayonu, Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 25 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Cəlilabad rayon Günəşli kənd sakini X5 xx.xx.2023-cü il tarixdə saat 20:45 radələrində keçmiş arvadı X1 təhqir edərək iştimai asayişi pozmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X5 izahatında göstərdi ki, O, 2018-ci il tarixdən həyat yoldaşı Sədaqət Musayevadan boşanmış və Cəlilabad rayonu, Günəşli kəndindəki evini də həyat yoldaşı və övladlarına vermiş, özü isə Cəlilabad şəhərində yaşayır. O, keçmiş arvadı Sədaqət Musayeva ilə barışmaq istəyir və bir daha Sədaqət Musayevanı narahat etmiyəcəyinə söz verir. Qeyd edilənləri nəzərə alaraq barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkimş şəxs X6 izahatında göstərdi ki, O, xx.xx.2023-cü il tarixdə Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edərək ərizədə qeyd etmişdir ki, küçmiş həyat yoldaşı X5 mütamadi olaraq onu narahat edir. O, iki övladı ilə Cəlilabad rayonu, Günəşli kəndində yaşayır. Firsənd Həsənov isə boşanandan sonra Cəlilabad şəhərində yaşayır. Hirsənd Həsənov hər 10-15 gündən bir yaşadığları evə gələrək narahatçılıqlar yaradır içkili halda söyüb təhqir edir. Qeyd edilənləri nəzərə alaraq barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf ifadəsi ilə yanaşı, zərəçəkmişin və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə X2 əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə inzibati xəta törədən X5 barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, yaşını və əməlindən səmimi peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1107/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1107/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver