Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1109/2023 25.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun, Məhkəmə iclas katibi X1, İnzibati xəta törədən Şəxs, Şəxs – xx.xx.1988-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Şiştəpə kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon X4 Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə xx.xx.2023-cü il tarixdə saat 21:10 radələrində Cəlilabad rayon Göytəpə şəhəri, Qutuluş küçəsində ucadan səs-küy salıb nalayiq ifadə və söyüşlər deməklə ictimai qaydanı pozmuşdur. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, O, müvəqqəti olaraq Masallı rayonunda yerləşən Arif adlı şəxsə məxsus obyektdə qaynaq ustası işləyir. xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə keçən gecə saatlarında Masallı rayonunda yerləşən kafedə yemək yeyib spirtli içki qəbul etmiş, oradan çıxıb Göytəpə şəhərində yerləşən Çay evinə çay içmək məqsədilə yoldan keçən şəxsin avtomobilinə əl edib saxlatdıraraq avtomobilə minmiş və yol haqqını verməklə Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsinə gedib “İsi Petrol” yanacaq doldurma məntəqəsinin yanında düşmüş. Yuxusu gəldiyi üçün yatmaq istəmiş, yolun kənarında tanımadığı şəxsə məxsus VAZ 21099 markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili görüb qapısını yoxladıqda açıq olduğunu görmüşdür. Qapını açaraq oturacaqda uzanıb dincəlməyə başladım, güzgüdən gözünə işıq düşdüyünə görə əli ilə vurub istiqamətin dəyişmiş, sonra maqnitafonu oxutmaq istəmiş, lakin işləmədiyindən yerindən çıxarıb düzəltməyə çalışmış. Maqnitafonun çalışmadığını görüb yerə atmış, səhərə kimi həmin avtomobildə yatmış və sabahısı gün yuxudan durub avtomobildən düşərək Masallı rayonuna getmişdir. xx.xx.2023-cü il tarixdə axşam çağı Masallı rayonunda işdən çıxıb Göytəpə şəhərində yerləşən Çay evinə çay içmək məqsədilə yoldan keçən tanımadığı şəxsin avtomobilinə əl edib saxlatdırmış və yol haqqın verməklə Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsinə gedib İnşaat materialları satılan dükanın yanında düşmüşdür. Əynində qara rəngli qısaqol köynək, qara rəngli cins şalvar və qara rəngli ayaqqabı geyinmiş, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etməklə dünənki hadisəni törədən şəxsə oxşadığı üçün şəxsiyyəti barədə məlumatları təqdim etməyini, araşdırma zərurəti ilə bağlı Göytəpə PB-yə gəlməyini bildirmişlər. O, da əsəbiləşib polis əməkdaşları ilə mübahisə edərək özün barədə məlumat verməyərək ucadan səs-küy salıb nalayiq ifadə və söyüşlər deməyə başlamış, sonra polis əməkdaşları onu Göytəpə PByə gətirmişdirlər. Əməlindən səmimi peşmandır. Birdə belə hallara yol verməyəcəkdir. Qeyd edilənlərə nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə keçən gecə saatlarında Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində dayanmış X2 məxsus VAZ 21099 markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə naməlum şəxsin daxil olaraq güzgünü sındırması və maqnitafonu çıxararaq yerə atması barədə Fariz Ağayevin şikayəti əsasında TB-nin təhqiqatçısı, polis mayoru Rasim Hünbətov tərəfindən HK-1-789 saylı materialla bağlı araşdırma aparıldı. Yaxınlıqda olan inşaat materialları satılan dükandakı müşahidə kameralarında olan video görüntüyə baxdıqda həmin əməli törətmiş şəxsin etdiyi əməl görünürdü, həmin şəxs əyninə qara rəngli qısaqol köynək, qara rəngli cins şalvar və qara rəngli ayaqqabı geyinmişdi. xx.xx.2023-cü il tarixdə saat 21:10-da Cəlilabad RPŞ-nin Göytəpə PB-nin polis əməkdaşları ilə birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində xidmətdə olarkən İnşaat materialları satılan dükanın yanında əyninə qara rəngli qısaqol köynək, qara rəngli cins şalvar və qara rəngli ayaqqabı geyinmiş şəxsi görmüşlər, həmin əməli törədən şəxsə oxşadığı üçün ona yaxınlaşıb özülərini təqdim etmişlər və şəxsiyyəti barədə məlumatları təqdim etməsini, araşdırma zərurəti ilə bağlı Göytəpə PB-yə gəlməsini bildirmişlər. Həmin şəxs onlarla mübahisə edərək özü barədə məlumat verməyərək ucadan səs-küy salıb nalayiq ifadə və söyüşlər deməklə ictimai qaydanı pozduğuna görə onu Göytəpə PB-yə gətirlmiş və müəyyən oldu ki, həmin şəxs Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olan Şəxsdur. Rasim Cəfərov VAZ 21099 markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə daxil olaraq güzgünü sındırmasını və maqnitafonu çıxararaq yerə atmasını etiraf etdi. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, zərərçəkmiş şəxslərin və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzabit qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İşdə olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü ildə, saat 22:30-da tutulmuşdur. Buna görə də Şəxs inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə daxil edilərək, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 17:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 22:30-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1109/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1109/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver