Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-111/2025 03.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 17 noyabr 2024-cü il tarixli, İXP ******* saylı və xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokollar tərtib edilmişdir ondan ötəri ki, o əvvəllər barəsində olan inzibati xəta haqqında iş üzrə 20 iyul 2024-cü il tarixli, EQ 22463882 saylı və 21 iyul 2024-cü il tarixli, EQ 22482248 saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. İnzibati xəta haqqında iş üzrə materiallar məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Həmin inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilmişdir. Belə ki, inzibati xəta haqqında icraatı rədd edən hallar mövcud olduqda, iş baxışa təyin edilə bilməz və İXM-nin 53.1.8, 105.1, 106.0.4, 109.2-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş üzrə icraata xitam verilməlidir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ölmüşdür. İXM-in 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Lakin göründüyü kimi hazırkı iş üzrə şəxs öldüyündən inzibati məsuliyyətdən azad olunmuş şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə qanunsuz olaraq protokol tərtib edilərək məhkəməyə material daxil olmuşdur. Halbu ki, İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını, inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən hallar mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb- toplanılmamasını həll etməlidir. İXM-nin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-109-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Protokol tərtib etmiş səlahiyyətli orqanın diqqəti qərarda qeyd edilənlərə, şəxs öldükdən sonra şəxs barəsində inzibati iş üzrə icraatın başlanıla bilməməsinə, protokol tərtib edilə bilməməsinə cəlb edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-111/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-111/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver