Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1110/2023 02.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, və Zərərçəkmiş şəxs2 iştirakları ilə Şəxs – xx xxx 1989-cu il tarixdə Cəlilabad rayonu Alar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad rayonu Alar kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol İdarəsinin Yol-Patrul Xidməti Alayından Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində idarə etdiyi VAZ 21074 markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 129.2-ci kilometrliyində Zərərçəkmiş şəxs1 idarə etdiyi Hyundai Sonata markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 11:50-də özünə məxsus VAZ 21074 markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonu Alar kəndindən çıxıb köhnə Ələt-Astara yolu ilə Masallı rayonuna yola düşmüşdür. Həmin vaxt avtomobildə qabaq oturacaqda əmisi oğlu X2 əyləşmişdir. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Saat 12 radələrində köhnə Ələt-Astara yolunun Cəlilabad rayonunun Alar kəndi ərazisində 90 km/saat sürətlə hərəkədə olan zaman təxminən 6-7 metr məsafədə küçə itinin yolun sol tərəfindən sağ tərəfinə qaçıdığını görmüş, bu zaman ayağını əyləcə qoyub sərt tormoz vermiş və sükanı sola döndərmişdir. Bu zaman avtomobil hərəkət zolağında idarəetməni itirib fırlanmağa başlamışdır. Belə ki, bir neçə dəfə yolun sağ ehtiyat hissəsinə çıxıb qayıtmış və sonda qarşı yolla əks istiqamətdə hərəkətdə olan Hyundai Sonata markalı avtomobilin qabaq sol yan hissəssindən vurub toqquşmuşdur. O, hadisədən dərhal sonra maşından düşüb həmin avtomobilə tərəf qaçmış və avtomobilin qapısını açıb onlara, daha sonra öz maşınına qayıdıb əmisi oğluna köməklik göstərmiş, sifət nahiyəsindən qan axdığını gördükdə həyəcanlanıb huşunu itirmişdir. Ayılanda ona məlum olmuşdur ki, hadisə yerindən onu təcili tibbi yardım maşını ilə əvvəlcə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Əməlindən peşmandır və gələcəkdə belə səhvlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahat verərək bildirdi ki, 02 oktyabr 2023-cü il tarixdə saat 10:40-da radələrində özünə məxsus Hyundai Sonata markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından çıxdıqdan sonra köhnə Ələt-Astara yolu ilə Cəlilabad rayonu Günəşli kəndinə yola düşmüşdür. Həmin vaxt avtomobildə qabaq oturacaqda qonşusu X3, arxa oturacaqda sağ tərəfdə anası Zərərçəkmiş şəxs2 və sol tərəfdə qardaşı Zərərçəkmiş şəxs3 əyləşmişdir. Saat 12 radələrində köhnə Ələt-Astara yolunun Cəlilabad rayonunun Alar kəndi ərazisindən keçən hissədə 50 km/saat sürətlə hərəkədə olan zaman qarşı yolla təxminən 100 metr məsafədə 120-150 km/saat sürətlə hərəkətdə olan ağ rəngli VAZ 21074 markalı avtomobilin idarəetməni itirərək yolun sağ ehtiyat hissəsinə çıxdığını görmüş və onların olduğu avtomobilin sol hissəsindən vuraraq toqquşmuşdur. Həmin avtomobildə olan sərnişin və sürücü daha ciddi xəsarətlər aldıqları üçün o, təcili tibbi yardıma zəng etmiş, hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə sürücü və sərnişin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Anası və qardaşı isə yol maşını ilə gedib həkimə müraciət etmişlər. Daha sonra yol polisinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında izahat verərək bildirdi ki, 02 oktyabr 2023-cü ildə saat 10:40 radələrində qardaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi «Hyundaı Sonata » minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından çıxdıqdan sonra köhnə Ələt-Astara yolu ilə Cəlilabad rayonu Günəşli kəndinə yola düşmüşlər. Həmin vaxt o, avtomobildə arxa oturacaqda sol tərəfdə əyləşmişdir. Onların olduğu avtomobil asta sürətlə hərəkətdə olmuşdur. O, arxa oturacaqda əyləşdiyi üçün diqqəti yolda olmamış, yanında oturan anasıyla söhbət etmişdir. Saat 12:00 radələrində köhnə Ələt-Astara yolunun Cəlilabad rayonu Alar kəndi ərazisindən keçən hissəsində qarşı yolla əks istiqamətdə sürətlə hərəkətdə olan VAZ-2107 markalı avtomobilin bir dəfə oynadığını görmüş və həmin avtomobil onların olduğu avtomobillə toqquşmuşdur. Sonra fırlanıb arxa sağ hissəsi avtomobilin arxa sol hissəsinə çırpılmışdır. Nəticədə onun alın nahiyəsi xəsarət almışdır. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında izahat verərək bildirdi ki, 02 oktyabr 2023-cü ildə saat 10:40 radələrində oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi «Hyundaı Sonata » minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından çıxdıqdan sonra köhnə Ələt-Astara yolu ilə Cəlilabad rayonu Günəşli kəndinə yola düşmüşlər. Həmin vaxt o, avtomobildə arxa oturacaqda sağ tərəfdə əyləşmişdir. Onların olduğu avtomobil asta sürətlə hərəkətdə olmuşdur. O, arxa oturacaqda əyləşdiyi üçün diqqəti yolda olmamış, yanında oturan oğluyla söhbət etmişdir. Saat 12:00 radələrində köhnə Ələt-Astara yolunun Cəlilabad rayonu Alar kəndi ərazisindən keçən hissəsində qarşı yolla əks istiqamətdə sürətlə hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetməni itirərək onların olduğu avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində onlar yüngül dərəcəli bədən xəsarətləri almışlar. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş edir Belə ki, iş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin 18 oktyabr 2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 495 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktından” görünür ki, Şəxs hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X1 PHŞ-nin Cəlilabad rayon şöbəsinin 09 oktyabr 2023-cü il tarixli 1102 saylı rəyindən görünür ki, vətəndaş Şəxs sol bazu oynağı nahiyəsində şişkinlik, hematoma və hərəkət məhdudluğu müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər.Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X1 PHŞ-nin Cəlilabad rayon şöbəsinin 07 oktyabr 2023-cü il tarixli 1073 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 sol said-mil-bilək oynağı nahiyəsində şişkinlik hematoma və hərəkət məhdudluğu müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X1 PHŞ-nin Cəlilabad rayon şöbəsinin 07 oktyabr 2023-cü il tarixli 1075 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 sol ayaq pəncəsi və sol aşıq-baldır oynağı nahiyəsində şişkinlik hematoma və hərəkət məhdudluğu müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X1 PHŞ-nin Cəlilabad rayon şöbəsinin 07 oktyabr 2023-cü il tarixli 1076 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 qaşarası nahiyədə əzilmiş yara və üst dodağın selikli qişasındaqansızma və əzilmiş səthi yara müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin izahatları, İXP ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Elan olunmuş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-1110/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1110/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver