Məhkəmə qərarları › İş №3(073)-1130/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1130/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1130/2025 01.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hakim köməkçisi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1990-cı il tarixdə Cəlilabad rayonu, Səhrədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Səhrədabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 31 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 31 avqust 2025-ci il tarixdə Cəlilabad şəhərində yerləşən “Nur” şadlıq sarayının qarşısında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, 31 avqust 2025-ci il tarixdə həmkəndlisi Elşən Vəkilovun oğlunun kiçik toy məclisində iştirak etmək üçün Cəlilabad şəhərində yerləşən “Nur” şadlıq sarayına gəlmişdir. Siqaret çəkmək üçün çölə çıxmış və Cəlilabad rayon, Səhrədabad kənd sakinləri X1 və X4 ilə birlikdə sərxoş olduqlarına görə aralarında mübahisə yaranmışdır. Onlar bir-birlərinə qarşı nalayiq ifadələr işlətməyə başlamışlar. Həmin an xidmətdə olan polis əməkdaşları onlara yaxınlaşmış, nizam-intizama dəvət etmişlər. Sonra polis əməkdaşları onları Cəlilabad rayon Polis Şöbəsinə gətirmişlər. Etdiyi əməldən peşmandır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, 31 avqust 2025-ci il tarixdə 8 saylı piyada postda xidmətdə olan zaman Cəlilabad şəhərində yerləşən “Nur” şadlıq evinin həyətində səs-küy olduğunu görmüş, PPXB-nin polis nəfəri İlham Həsənovla birlikdə həmin yerə yaxınlaşmışlar. Həmin vaxt PPXB-nin manqa komandiri Xalid İbrahimli və polis nəfərləri Əli Əmirov və Bədir Xəlfəlinin bir neçə şəxsi nizamintizama dəvət etmələribə baxmayaraq, həmin şəxslərin onların qanuni tələblərinə tabe olmadıqlarının şahidi olmuşlar. Bundan sonra onlarla birlikdə yenidən həmin şəxsləri nizam-intizama dəvət etmiş, nalayiq ifadələr işlətməmələrini bildirmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə qəsdən məhəl qoymaraq öz hərəkətlərinə davam etdikləri üçün həmin şəxsləri Cəlilabad RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, 31 avqust 2025-ci il tarixdə 8 saylı piyada postda xidmətdə olan zaman Cəlilabad şəhərində yerləşən “Nur” şadlıq evinin həyətində səs-küy olduğunu görmüş, PPXB-nin polis nəfəri Kamran Məmmədovla birlikdə həmin yerə yaxınlaşmışlar. Həmin vaxt PPXB-nin manqa komandiri Xalid İbrahimli və polis nəfərləri Əli Əmirov və Bədir Xəlfəlinin bir neçə şəxsi nizamintizama dəvət etmələribə baxmayaraq, həmin şəxslərin onların qanuni tələblərinə tabe olmadıqlarının şahidi olmuşlar. Bundan sonra onlarla birlikdə yenidən həmin şəxsləri nizam-intizama dəvət etmiş, nalayiq ifadələr işlətməmələrini bildirmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə qəsdən məhəl qoymaraq öz hərəkətlərinə davam etdikləri üçün həmin şəxsləri Cəlilabad RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, 31 avqust 2025-ci il tarixdə, saat 20:20 radələrində 11 nömrəli avtomarşrutda digər polis əməkdaşları ilə xidmətlə olduğu zaman polis şöbəsinin növətçi hissəsindən efir vasitəsilə Cəlilabad şəhərində yerləşən “Nur” şadlıq sarayının qarşısında bir neçə şəxsin mübahisə etdiyini və dərhal ora yaxınlaşmalarını bildirmişlər. Onlar həmin yerə getmişlər. Oraya yaxınlaşan zaman şadlıq sarayının qarşısında bir neçə nəfər şəxsin bir-bir ilə ucadan nalayiq ifadələr işlədərək mübahisə etdiklərini və ətrafdakışəxslərin narahatlığına səbəb olmalarını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onları nizam-intizama dəvət etmişlər. Həmin vaxt həmin şəxslərdən kəskin qoxulu spirtli içki iyi gəlirdi. Həmin şəxslərə nalayiq ifadələr işlətməmələrini və səs-küy salmamalırını bildirmişlər. Lakin həmin şəxslər dahada aqressivləşmiş və polis əməkdaşları ilə mübahisə etməyə başlamışlar. Sonra həmin şəxsləri Cəlilabad RPŞ-yə gətirmişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidlərin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddsi ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 20:40-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar