Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1136/2023 31.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1979-cu il tarixdə Cəlilabad rayonu İnili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Cəlilabad rayon Təhsil şöbəsində aparıcı-məsləhətçi vəzifəsində işləyən, Cəlilabad rayonu İnili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Cəlilabad Rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında işə baxaraq Müəyyən etdim: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Cəlilabad rayon Təhsil şöbəsinin yaxınlığında çay evinin qarşısında Zərərçəkmiş şəxs söyüb təhqir etməsi ilə bağlı İXM-in 510-cu maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində Cəlilabad rayon H.Əliyev prospektində Təhsil şöbəsinin yaxınlığında yerləşən çayxanada rayon ziyalıları ilə söhbət edən zaman təhsil şöbəsində sektor müdiri vəzifəsində çalışan Şəxs ona yaxınlaşıb söhbət etmək istədiyini bildirmişdir. O, Şəxsla kənara çəkilən zaman Şəxs onu şəxsi avtomobilinə əyləşdirib aparmaq istəmişdir. O, etiraz etdikdə isə Şəxs onu söyüb təhqir etmiş, şərəf ləyaqətini alçaldan ifadələr işlətmişdir. O, Şəxs məhəl qoymayıb geri qayıtmış, oradan ayrıldıqda isə Şəxs onu hədələyərək təqib etmişdir. Daha sonra o, DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Şəxs onu təhqir edən və söyən zaman onlar ikisi olmuş, onların yanında bunu görən və eşidən heç bir şəxs olmamışdır. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 2015-ci ildən Cəlilabad rayon Təhsil şöbəsində aparıcıməsləhətçi vəzifəsində işləyir. 2023-cü ilin yanvar ayından Təhsil şöbəsində sektor müdiri səlahiyyətlərini də icra edir. Sektor müdiri vəzifəsini icra etdiyi dövrdən Elşən adlı tanımadığı şəxs tərəfindən sosial şəbəkələrdə onun və ailə üzvlərinin şərəf və ləyaqətini alçaldan paylaşımlar edilmişdir. Zərərçəkmiş şəxs sonuncu dəfə 24 oktyabr 2023-cü il tarixdə sosial şəbəkədə onun və ailə üzvlərinin şərəf və ləyaqətini alçaldan, çalışdığı qurumun nüfuzunu ləkələyən paylaşımlar etmişdir. O, 25 oktyabr 2023-cü il tarixdə nahar fasiləsi zamanı Təhsil şöbəsi yaxınlığında yerləşən çayxanada Zərərçəkmiş şəxs görüb ona paylaşımlarla bağlı aydınlıq gətirməsi üçün söhbət etmək istədiyini bildirərək, onu idarənin inzibati binasına dəvət etmişdir. Zərərçəkmiş şəxs onunla birlikdə idarəyə tərəf getmiş, lakin sonradan ona söhbət etmək istəmədiyini bildirərək geri qayıtmışdır. O, Zərərçəkmiş şəxs təhqir etməmiş, ona qarşı şərəf və ləyaqətini alçaldan ifadələr işlətməmiş və onu təqib etməmişdir. Bu barədə onun dedikləri həqiqətə uyğun deyildir. Onun guya Elşəni söyüb təhqir etməsini nə görən, nə də eşidən olmamışdır. Ona görə də özünü təqsirli hesab etmir və bu barədə qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 13:46-da DİN-nin 102 xidmətinə zəng vuraraq Cəlilabad rayon Təhsil şöbəsinin sektor müdiri Şəxs Cəlilabad rayon Təhsil şöbəsinin yaxınlığında yerləşən çayxananın həyətində onu təhqir etməsi, habelə avtomobillə təqib etməsi barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Cəlilabad rayon Təhsil şöbəsinin yaxınlığında yerləşən çayxananın qarşısında Zərərçəkmiş şəxs söyüb təhqir etməsi ilə bağlı İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur Qanunvericiliyin mənasına görə, obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törədilməsi ilə həyata keçirilir. Şəxs əməlində ictimai qaydanı pozan hər hansı hərəkətlər etməsi, söyüşlər söyməsi və bununla da hər hansı xuliqanlıq hərəkətləri etməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və hər hansı bir sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından və sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Cəlilabad Rayon Polis Şöbəsinin 30 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-1136/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1136/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver