Məhkəmə qərarları › İş №3(073)-1140/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-1140/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-1140/2025 16.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi iştrakı ilə, İnzibati xətanı törətmiş şəxs X2 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 13 avqust 2025-ci il tarixli, EQ 29930665 saylı qərarının ləğv edilməsinə dair verilmiş şikayətinə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İnzibati xətanı törətmiş şəxs X1 İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 13 avqust 2025-ci il tarixli, EQ 29930665 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə X3 tərəfindən verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayaraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayəti X3 versə də, həmin 13 avqust 2025-ci il tarixli, EQ 29930665 saylı qərar X4 barəsində tərtib olunmuşdur. Həmin qərarın və istinad olunmuş protokolun surəti iş materiallarına əlavə edilməmişdir. İnzibati xəta törətmiş şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən şikayət verilməli olduğu halda həmin qərardan şikayət X3 tərəfindən vermiş və şikayətdə istinad olunmuş protokolun surəti iş materiallarına əlavə edilməmişdir. Həmin məcəllənin 115.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Məhkəmə belə qənaətə gəlir ki, X2 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 13 avqust 2025-ci il tarixli, EQ 29930665 saylı qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.5-ci maddəsini rəhbər tutaraq... Qərara aldı: X2 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 13 avqust 2025-ci il tarixli, EQ 29930665 saylı qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar