Məhkəmə qərarları › İş №3(073)-115/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-115/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-115/2024 14.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İnzibati xəta törədən Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs – xx.xx.1977-ci il tarixdə rayonu, Ocağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad şəhəri, 28 may küçəsi, ev 29 ünvanında qeydiyyatda olan və ünvan 1can Respublikasının İXM-nin 157-ci maddəsi ilə barəsində Cəlilabad rayon X1 Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə olmuş və sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati işin məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs məhkəməyə izahat verərək bildirdi ki, barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə olan inzibati material üzrə özünü təqsirli bilir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Odur ki, zərərçəkmiş şəxslə barışmalarını nəzərə alıb inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı küçədən evinə gedən zaman Şəxs ilə aralarında yaranmış mübahisə zamanı Nazimə onun boğazından tutub sıxaraq ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Hal-hazırda inzibati xəta törətmiş Şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, barışmalarını nəzərə alıb inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı izahat da verərək, Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və barışmalarını nəzərə alıb Zərərçəkmiş şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Materiala əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1403 nömrəli ekspert rəyindən görünür ki, Şəxs müayinə zamanı sağ və sol bazu nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, əl ilə boyun nahiyəsini sıxma və əl ilə sıxılma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Materiala əlavə olunmuş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs törətmiş olduğu inzibati xəta özünün şəxsi etirafı, zərərçəkmişin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 39-cu maddəsinə əsasən, həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.9-cu maddəsində göstərilmişdir ki, bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Məhkəmə Zərərçəkmiş şəxs inzibati xəta törədən Şəxs ilə barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respulikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün inzibati məsuliyyətdən azad edilsin və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar