Məhkəmə qərarları › İş №3(073)-1153/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1153/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1153/2023 06.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, onun müdafiəçisi X1 iştirakı ilə, Şəxs – xx.xx.1980-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 05 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu Polis Şöbəsinin inzibati binasının qarşısında və daxilində ucadan nalayiq söyüş ifadələri işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, 04 noyabr 2023-cü il tarxdə tanışı Sənan idarə etdiyi **-BE-*** nömrəli maşını sərxoş vəziyyətdə idarə etdiyinə görə Cəlilabad RPŞ-nin YPX-nin əməkdaşları onu cərimə meydancasına saldığlarına görə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o, Cəlilabad RPŞ-yə öz avtomobili ilə gəlmiş maşını şöbənin cərimə meydançasının qarşısında, darvazasının ağzında saxlamışdır. Bundan sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək ondan maşını digər yerdə saxlamağı xahiş etmişlər. O, dostu Sənana cərimə yazıldığına görə çox əsəib olduğuna görə polis əməkdaşlarına kobud cavab vermiş və gedin öz işinizlə məşqul olun demişdir. Polis əməkdaşları ona nəzakətlə davranmağa dəvət etsələr də o, kobud davranmışdır. Polis əməkdaşları və şöbənin bir necə polis zabitləri ona irad bildirib onu intizama dəvət etsələr də o, əməkdaşlara hörmətsizlik etmişdir. Əməlindən səmimi peşmandır. Gələcəkdə polis əməkdaşlarına qarşı daha nəzakətli davranacaqdır. Barəsində ədalətili qərar cımarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, Cəlilabad RPŞ-nin, PPXB-nin polis nəfəri işləyir. xx.xx.2023-cü tarixdə, saat təxminən 12:30 radələrində əvvəllər tanımadığı bir nəfər şəxs idarə etdiyi “VAZ 2107” markalı **-NF- *** nömrəli avtomabil ilə RPŞ-nin cərimə meydançasının giriş qapısına yaxınlaşaraq avtomobil saxlamaq üçün təyin edilməyən yerdə saxlayaraq düşmüşdür. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, burda avtomabil saxlamamasını, kənarda saxlayaraq RPŞ-yə yaxınlaşmasını bildirmişlər. Lakin həmin şəxs “siz məni tanıyırsız, gedin işinizlə məşqu olun özüm bilərəm harda avtomobilimi saxlayaram” deyə bildirmiş və onlar ona yenidən müraciət edərək kənarda avtomobili saxlamasını xahiş etdikdə şəxsiyyəti sonrada onlara məlum olan X2 onlara qarşı ucadan nalayiq ifadələr işlətmiş, qəsdən onların qanuni tələblərinə tabe olmayaraq polisin, həmçinin yol patrul xidməti əməkdaşlarının ünvanına nalayıq ifadələri işlətmiş və ətrafdakı şəxslərin diqqətini bilərəkdaən özünə cəlb etməyə davam etmişdir. RPŞ-nin məsul növbətçisi Sucayət Quliyev, PPXB-nun komandiri, DYP-nin rəisi Elşad Nəbiyev, orda olan digər polis əməkdaşları ona irad bildirib intizama dəvət etsələr də, Nobatəli Ağamalıyev YPX-nin əməkdaşlarını gördüyü zaman daha da coşaraq polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməkdən qəsdən imtina etmişdir. Bundan sonra onlar həmin şəxsi Cəlilabad RPŞ-nin inzibati binasına gətirmişlər. Nobatəlil Ağamalıyev RPŞ-nin inzibati binasında da öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, o, Cəlilabad RPŞ-nin növbətçi hissəsində xidətdə olarkən 05 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Cəlilabad RPŞ-nin növbəçi köməkçisi, polis baş serjantı Samir Pənahovla növbəçi hissədə xidmətdə olarkən 1№-li posta xidmətdə olan polis nəfəri daxili telefonla NH-yə məlumat verərək RPŞ-nin inzibati binasının qarşısında tanımadığları bir nəfər şəxsin səs-küy saldığını bildirmişdir. Buna görə də o, dərhal RPŞ-nın inzibati binasının qarşısına keçmişdir. İnzibati binanın qarşısında olan zaman bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşlarının tələblərinə qəsdən məhəl qoymayıb yenidən öz hərəkətlərini davam etdirirdi. Daha sonra həmin şəxsi RPŞ-nin inzibati binasına gətrildi, o inzibati binanın daxilində də bütün polis əməkdaşlarının ünvanına ucadan nəlayiq ifadələr işlətməyə davam etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, Cəlilabad RPŞ-nin, PPXB-nin polis nəfəri işləyir. xx.xx.2023-cü tarixdə, saat təxminən 12:30 radələrində əvvəllər tanımadığı bir nəfər şəxs idarə etdiyi “VAZ 2107” markalı **-NF- *** nömrəli avtomabil ilə RPŞ-nin cərimə meydançasının giriş qapısına yaxınlaşaraq avtomobil saxlamaq üçün təyin edilməyən yerdə saxlayaraq düşmüşdür. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, burda avtomabil saxlamamasını, kənarda saxlayaraq RPŞ-yə yaxınlaşmasını bildirmişlər. Lakin həmin şəxs “siz məni tanıyırsız, gedin işinizlə məşqu olun özüm bilərəm harda avtomobilimi saxlayaram” deyə bildirmiş və onlar ona yenidən müraciət edərək kənarda avtomobili saxlamasını xahiş etdikdə şəxsiyyəti sonrada onlara məlum olan X2 onlara qarşı ucadan nalayiq ifadələr işlətmiş, qəsdən onların qanuni tələblərinə tabe olmayaraq polisin, həmçinin yol patrul xidməti əməkdaşlarının ünvanına nalayıq ifadələri işlətmiş və ətrafdakı şəxslərin diqqətini bilərəkdaən özünə cəlb etməyə davam etmişdir. RPŞ-nin məsul növbətçisi Sucayət Quliyev, PPXB-nun komandiri, DYP-nin rəisi Elşad Nəbiyev, orda olan digər polis əməkdaşları ona irad bildirib intizama dəvət etsələr də, Nobatəli Ağamalıyev YPX-nin əməkdaşlarını gördüyü zaman daha da coşaraq polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməkdən qəsdən imtina etmişdir. Bundan sonra onlar həmin şəxsi Cəlilabad RPŞ-nin inzibati binasına gətirmişlər. Nobatəlil Ağamalıyev RPŞ-nin inzibati binasında da öz hərəkətlərini davam etdirmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidlərin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 12:30dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar