Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1155/2023 14.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1995-ci ildə Cəlilabad rayonu, Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Kürdlər kəndində qeydiyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 07 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu, Ocaqlı kəndində qaynanası Zərərçəkmiş şəxs döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, 2018-ci il darixdə Mehti Rüstəmovla ailə həyatı qurmuş və onların iki övladları var. Lakin aralarında narazılıq olduğu üçün xx.xx.2023-cü il tarixdə ər evindən çıxıb öz atasının evinə getmiş və övladlarını həmin vaxtı istəməsinə baxmayaraq ona verməmişlər. xx.xx.2023-cü il tarixdə övladlarını aparmaq üçün qaynanası X2 yaşadığı evə getmiş, lakin Esmira onu həyətdən qovmuş, o isə xoşagəlməz hadisə baş verməsin deyə oradan kənarlaşıb getmişdir. Həmin vaxt Esmira ilə aralarında sözlə mübahisə olmasına baxmayaraq ona xəsarət yetirməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, övladı X1 Şəhnəm Həmdulla qızı ilə ailə həyatı qurmuş və onların iki övladları vardır. xx.xx.2023-cü il tarixdə gəlini Şəbnəm övladlarından imtina edərək evdən çıxıb atasının evinə getmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs onun evinə gələrək uşaqları ondan tələb etmiş, lakin uşaqlar Şəbnəm ilə getmək istəmədlikləri üçün Şəbnəm onu təhqir etmiş və dırnaqları ilə onun ağız nahiyyəsinə xəsarət yetirmiş və saçını yolmuşdur. Ona görə də Şəxs barəsində inzibati qaydada tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclasında X7 şahid qismində izahat verərək bildirdi ki, O, X3 ilə 2018-ci ildə ailə həyatı qurmuş və onların iki övladları vardır. xx.xx.2023-cü il tarixdə arvadı Şəbnəm övladlarından imtina edərək evdən çıxıb atasının evinə getmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs onların yaşadıqlar evinə gələrək uşaqları onlardan tələb etmiş, lakin uşaqlar Şəbnəm ilə getmək istəmədlikləri üçün Şəbnəm onu və anasını təhqir etmiş və dırnaqları ilə onun anasının ağız nahiyyəsinə xəsarət yetirmiş və saçını yolmasını görmüşdür. Məhkəmə iclasında X5 şahid qismində izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs onların yaşadıqları evə gələrək uşaqları onlardan tələb etmiş, lakin uşaqlar Şəbnəm ilə getmək istəmədlikləri üçün Şəbnəm onu və anasını təhqir etmiş və dırnaqları ilə onun anasının ağız nahiyyəsinə xəsarət yetirmişdir. Şəxs əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmiş şəxsin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin 7.10.2023-cü il tarixli, 1164 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxsnun sağ dodaqüstü nahiyyədə bir ədəd çapıq müəyyən olunmuş, müəyyən olunan çapıq əzilmiş səthi yaranın sağaldıqdan sonrakı izi olub bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X9 Bölməsinin 27 oktyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməli cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1155/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1155/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver