Məhkəmə qərarları › İş №3(073)-1158/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1158/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1158/2023 14.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1970-ci il tarixdə Cəlilabad rayonu, Xəlili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Xəlili kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 14 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu Polis Şöbəsinin inzibati binasının qarşısında səs-küy salaraq ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, 14 noyabr 2023-cü il tarxdə saat təxminən 12:30 radələrində at itkisi ilə bağlı o polis şöbəsinə dəvət olunmuş, şöbənin inzibati binasının giriş qapısında onun şöbəyə çağrılmağına narazılıq edərək ozundən aslı olmayaraq əsəbləşib uca səslə qışqırıb səs-küy salmışdır. Özündən aslı olmayaraq atı itənin ünvanına ünvansız nəlayiq söyüşlər söymüşdur. Onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Sonra onu polis şöbəsinə dəvət etmişlər və etdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Əməlindən səmimi peşmandır. Gələcəkdə polis əməkdaşlarına qarşı daha nəzakətli davranacaqdır. Barəsində ədalətili qərar cımarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin baş əməliyyət müvəkili işləyir. 14 noyabr 2023-cü il tarxdə, saat təxminən 12:30 radələrində polis şöbəsinin inzibati binasının qarşısında səs-küy eşidərək çölə çıxmış, bir nəfər vətəndaşın ucadan səs-küy saldığını və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq onu sakitləşdirməyə çalışmışlar da nəticə olmamış inzibati binanın qarşısında həm mülki vətəndaşların həm də gündəlik xidmətini davam etdirən polis əməkdaşlarının iş fəaliyyətini pozduğuna görə vətəndaşı şöbəyə dəvət edib xidməti otağa çağırmışlar. Xidməti otağda Cəlilabad rayonu, Xəlili kənd sakini Şəxs nümayiş etdiyi davranışının qanun pozuntusu olmasını nəzərinə çatdırb sakitləşdirməyə, polisin qanuni tələblərinə tabe olmağa və ictimai qaydanı qorumağa dəvət etməylərinə baxmayaraq o nümayişkarnə şəkildə hüquqazid hərəkətlərini davam etdirməklə o və digər polis əməkdaşları ilə kobud şəkildə davranmağa ucadan hay-küy salmaqla normal iş rejimini pozmağa davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyət müvəkili işləyir. 14 noyabr 2023-cü il tarxdə, saat təxminən 12:30 radələrində polis şöbəsinin inzibati binasının qarşısında səs-küy eşidərək polis nəfəri İzzət Bəhmənovla çölə çıxmış, bir nəfər vətəndaşın ucadan səs-küy saldığını və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq onu sakitləşdirməyə çalışmışlar, az keçməmiş baş əməliyyət müvəkkili Aqşin Səfərli də onu sakitləşməyə çalışsa da nəticə olmamış inzibati binanın qarşısında həm mülki vətəndaşların həm də gündəlik xidmətini davam etdirən polis əməkdaşlarının iş fəaliyyətini pozduğuna görə vətəndaşı şöbəyə dəvət edib xidməti otağa çağırmışlar. Xidməti otağında Cəlilabad rayonu, Xəlili kənd sakini Şəxs nümayiş etdiyi davranışının qanun pozuntusu olmasını nəzərinə çatdırb sakitləşdirməyə, polisin qanuni tələblərinə tabe olmağa və ictimai qaydanı qorumağa dəvət etməylərinə baxmayaraq o nümayişkarnə şəkildə hüquqazid hərəkətlərini davam etdirməklə o və digər polis əməkdaşları ilə kobud şəkildə davranmağa ucadan hay-küy salmaqla normal iş rejimini pozmağa davam etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidlərin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və əməlində ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 13:00dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar