Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1165/2023 19.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə «Aqrotac” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə «Aqrotac” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 01 noyabr 2023-cü il tarixli, ******* saylı protokol daxil olmuşdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 01 noyabr 2023-cü il tarixli, ******* saylı protokolun surətindən görünür ki, «Aqrotac” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Aqrotac” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. «Aqrotac” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona istinad olunan inzibati xətanı törətməsi işdə olan protokol və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin «Aqrotac” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 3-23/2-5801/2023 nömrəli 18 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, Cəlilabad rayonu, Eçara ünvanında fəaliyyət göstərən «Aqrotac” Məhdud Məsuliyyətli Cəmiyyətin tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçrilməsi ilə əlaqədar məcburi auditin yayınmağa görə inzibati xəta haqqında işə 01 noyabr 2023-cü il tarixdə, saat 11:00-ad Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılmağı qeyd olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası Maliyyə Nazirliyinin «Aqrotac” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 3-23/2-6635/2023 nömrəli 01 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, 2021-ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçrilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə Şəxs törətdiyi inzibati xəta barədə Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 01 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surəti Şəxsnə göndərilmişdir. İş materiallarında olan X1 05 dekabr 2023-cü il tarixli rəyindən görünü ki, Şəxs 2021-ci il üzrə üzrə maliyyə hesabatının auditini 05 dekabr 2023-cü il tarixdə keçirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, audit hesabatı barədə rəydən görünür ki, 2021-ci ilin auditi xx.xx.2023-cü il tarixdə aparılmış, bununla da Azərbaycan Respublikası Audit Xidməti Haqqında Qanunun 2-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinin tələbləri pozulmuş və «Aqrotac” Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyəti yaranmışdır. «Aqrotac” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmış və buna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 01 noyabr 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Audit Xidməti haqqında qanunun 2-ci maddəsinə əsasən Audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında «Aqrotac” Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, «Aqrotac” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: «Aqrotac” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1165/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1165/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver