Məhkəmə qərarları › İş №3(073)-1173/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1173/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1173/2023 24.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs, xx.xx.1983-cü ildə Cəlilabad rayonu, Novoqolovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında 13 sentyabr 2023-cü il tarixli, MN ******* protokola görə Şəxs 04 iyul 2023-cü il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs məxsus 2000 manat dəyərində saman bağlamasını qəsdən yandıraraq ziyan vurmuşdur. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, verdiyi izahatında göstərdi ki, o, Cəlilabad rayonu, Uzuntəpə kəndində Zərərçəkmiş şəxs Rəcəb oğlu ilə qonşuluqda yaşayır. Zərərçəkmiş şəxslə aralarında heç bir düşmaçılıq və ədavət olmamışdır. 04 iyul 2023-cü il tarixdə günorta vaxtı həmkəndlisi ilə araq içmişlər, sonra isə yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs ot tayasını onunla arağ içən həmkəndlisi yandırmışdır. Onun yanğınla əlaqəsi yoxdur. Lakin Zərərçəkmiş şəxs ot yığdığı navesin bir qismini o təmir etmiş, üstünün şiferlərini də qismən bərpa etmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, həmkəndlisi Şəxs tüfeyli həyat tərzi keçirərək gecə vaxtı tez-tez onun yaşadığı evin küçəsindən keçib getmişdir O, da bir neçə dəfə Şəxs onun küçəsindən keçib getməməsini demişdir. 04 iyul 2023-cü il tarixdə də Şəxs onun yaşadığı evin həyətindəki hər birinin qiyməti təxminən 2 manat olan 2000 ədəd saman bağlamasını yandırmış və yanğın nəticəsində də saman bağlamalarından başqa ot navesinin şifer dam örtüyü də yanmış, şifer dam örtütünün yanması nəticəsində isə ona təxminən 1000 manat maddi ziyan vurulmuşdur. Hazırda ona dəymiş ziyan qismən ödənilmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolları və onlara əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxsnın ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan cinayət işinin başlanmasının rədd olunması xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxsnın Zərərçəkmiş şəxs maddi ziyan vurmasına dair toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in İTB-yə göndərilməsi qərara alınmışdır. İş materialla olan Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyun 2023-cü il tarixli, № 3- 16-16/2-9/5374/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs saman bağlamasının yanması nəticəsində ona dəymiş ziyanın məbləği ekspertiza təyini haqqında qərarda göstərilən 1000 ədəd saman bağlamasının hadisə baş verən tarixə yəni 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 01 bağlamasının qiyməti 2 manat, 1000 ədə bağlamanın qiyməti isə 2000 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Məhkəmə Şəxsnın əməlində onun məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Şəxsnın barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq... Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar