Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1185/2023 20.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə1 Sərxan oğlunun, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 13 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş Şahid1 Şəxs tərəfindən 2022-ci ilin aprel ayından 2023-cü ilin yanvar ayının 22dək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən Şəxsndə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə2 protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxsin həmin əsasla inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə1 Sərxan oğlu izahatında göstərdi ki, direktoru olduğu müəssisə təmir-tikinti fəaliyəti ilə məşğul olur. 23 fevral 2022ci il tarixdə "xxxx" MMC ilə Şəxs MMC arasında tikinti layihəsinin bir hissəsini təşkil edən işləri yerinə yetirmək və başa çatdırmaq barədə müqavilə bağlanmışdır. Həmçinin Şəxs MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid3 arasında 10 mart 2022-ci il tarixdə xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmış və həmin müqavilə əsasında "xxxx" MMC tərəfindən ona həvalə olunmuş işlərin görülməsində Şahid3 icraçı olmuşdur. Şahid1 da Şəxs MMC-nin işçisi olmamış, fərdi sahibkar Şahid3 işçisi olmuşdur. Şəxs MMC ilə Şahid1 arasında heç bir razılaşma olmamış, o, MMC tərəfindən işlərinin yerinə yetirilməsinə cəlb edilməmişdir. Bu faktı fərdi sahibkar Şahid3 da təsdiqləyə bilər. Ona görə də hesab edir ki, Şəxs MMC-nin barəsində tərtib edilmiş protokolun hüquqi əsası olmadığından inzibati iş üzrə icraata xitam verilməlidir. Odur ki, bunu nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə tərtib edilmiş 13 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsassız sayılmaqla iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 izahatında göstərdi ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşqul olur. İş fəaliyyəti təmir xidmətlərinin göstərilməsindən ibarətdir. 10 mart 2022-ci il tarixdə Şəxs MMC ilə aralarında xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən o, təmir xidmətlərini öz öhdəsinə götürmüşdür. Təmir xidmətləri "xxxx" MMC-nin ərazisində həyata keçirilmişdir. Onun bu təmir işlərini həyata keçirmək üçün işçi qrupu vardır. Həmçinin Şahid1 da həmin işçi qrupun tərkibində işləmişdir. Onun işçiləri hər biri fərdi qaydada aralarında olan şifahi razılaşmaya əsasən işlədikləri işə görə pul almışlar. Onun işçiləri işlədikləri zaman Şəxs MMC-yə aid olan sarı rəngli iş jiletlərini geyindikləri üçün Şahid1 da zənn etmişdir ki, Şəxs MMC-nin işçisidir. Əslində isə orada işləyən bütün işçilər onun işçiləri olmuşdur. Əmək haqlarını da o, ödəmişdir. Şahid3 məhkəməyə eyni məzmunlu yazılı izahat da təqdim etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 izahatında göstərdi ki, o, 2022-ci ilin aprel ayından 22 yanvar 2023-cü il tarixədək "xxxx" MMC-nin ərazisində hörgüçü usta kimi işləmişdir. Lakin onunla heç bir əmək müqaviləsi bağlanmamışdır. Hər ay əmək haqqını nəğd formada almışdır. 2022-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayınadək ona ödənilməli olan əmək haqqı, yəni 725 manat pul ona ödənilməmişdir. Buna görə də o, bu barədə müvafiq dövlət qurumlarına şikayət etmişdir. O, şikayət edərkən Şəxs MMC-də işlədiyini zənn etdiyindən şikayətində həmin MMC-də işlədiyini bildirmişdir. Lakin halhazırda ona məlum olmuşdur ki, o, Şəxs MMC-nin deyil, fiziki şəxs Şahid3 işçisi olmuş və ona ödənilən pullarda onun hesabından ödənilmişdir. Hazırda da qalan zəhmət haqqı Şahid3 tərəfindən ona ödənilmişdir. Onun heç kəsdən heç bir iddiası və şikayəti yoxdur. Şahid1 məhkəməyə eyni məzmunlu yazılı izahat da təqdim etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 izahatında göstərdi ki, o, 2022-ci ilin aprel ayından hal-hazıradək Şəxs MMC-də əmək müqaviləsi əsasında fəhlə işləyir. Şahid1 uzun müddətdir ki, tanıyır. O, Şəxs MMC-də işləyərkən Şahid1 da "xxxx" MMC-nin ərazisində işləməyə gəlmişdir. Lakin onun kim tərəfindən işə götürülməsindən məlumatı olmamışdır. Şahid1 həmin ərazidə işləyərkən Şəxs MMC-nin sarı rəngli iş jiletlərini geyindiyi üçün onların şirkətində işlədiyini zənn etmişdir. Ona görə də Əmək Müfəttişliyində izahat verərkən onun həmin müəssisədə işlədiyini demişdir. Hal-hazırda ona məlum olmuşdur ki, Şahid1 Şəxs MMC-nin deyil, subbodratçı Şahid3 işçisi olmuşdur. Şahid2 məhkəməyə eyni məzmunlu yazılı izahat da təqdim etmişdir. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Şəxs MMC xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, nizamnamə kapitalı 10.00 AZN təşkil edir. İş materiallarında olan ticarət müqaviləsindən görünür ki, 23 fevral 2022-ci il tarixdə "xxxx" MMC ilə Şəxs MMC arasında tikinti layihəsinin bir hissəsini təşkil edən işləri yerinə yetirmək və başa çatdırmaq barədə müqavilə bağlanmışdır. İş materiallarında olan “Xidmətlərin göstərilməsi barədə” 10 mart 2022-ci il tarixli, 07/2022 nömrəli müqavilədən görünür ki, Şəxs MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid3 arasında təmir xidmətlərinin göstərilməsi məqsədi ilə müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə icraçı Şahid3 "xxxx" MMC-nin ərazisində təmir xidmətlərinin göstərilməsini və təhvil verilməsini öz öhdəsinə götürmüş, sifarişçi Şəxs MMC isə xidmətlər faktiki yerinə yetirildikdən sonra iş "xxxx" MMC tərəfindən təhvil-təslim olduqdan sonra dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Elektron qaimə və ödəniş tapşırıqlarının surətindən görünür ki, xidmətlərin göstərilməsinə görə Şəxs MMC tərəfindən Şahid3 hesabına 11 aprel 2022ci il tarixdə 14.300 (on dörd min üç yüz) manat, 26 aprel 2022-ci il tarixdə 5.000 (beş min) manat, 11 may 2022-ci il tarixdə 13.800 (on üç min səkkiz yüz) manat və 19 may 2022-ci il tarixdə 3.000 (üç min) manat pul ödənilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş sənədlərlə Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. İnzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin hallarını tam və hərtərəfli araşdıraraq qeyd edir ki, inzibati xəta haqqında protokolda göstərilən Şahid1 Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı müəyyən edilmir. Belə ki, araşdırma zamanı müəyyən olundu ki, Şəxs MMC "xxxx" MMC ilə müqavilə əsasında təmir işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş və eyni zamanda Şəxs MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid3 ilə də xidmətlərin yerinə yetirilməsi barədə müqavilə bağlayaraq həmin işlərin görülməsini ona həvalə etmişdir. Şahid1 da Şəxs MMC tərəfindən deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid3 tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Belə olan halda, Şəxs MMC tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 13 noyabr 2023cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 13 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-1185/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1185/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver