Məhkəmə qərarları › İş №3(073)-1185/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1185/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1185/2025 06.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkı tərəfindən tərtib olunmuş 20 avqust 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 20 avqust 2025-ci il tarixdə “Zəvvar” ovculuq təsərrüfatı ərazisində lazimi icazə olmadan və ya qadağan edilmiş yerlərdə qanunsuz ov edərkən saxlanılmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkın X1 tərəfindən tərtib olunmuş 20 avqust 2025-ci il tarixli AA№ 003169 nömrəli Aktın surətindən görünür ki, Brokonyerliyə qarşı keçrilən növbəti xidməti reyd zamanı təsərrüfatın “Qaçaqkənd” ferması adlanan ərazisində tüfəng səsləri eşidilmiş, əraziyə yaxınlaşdıqda qanunsuz ovla məşqul olan bir nəfər tərəflərindən saxlanılmış, aparılmış söhbət zamanı məlum olmuşdur ki, həmin şəxs Cəlilabad rayonu, Günəşli kənd sakini Şəxsdur. Şəxs üzərində olan 12 çaplı “Huglu Renova” markalı, 21-R-21582 nömrəli beşatan ov silahına dair Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü ildə verilmiş 2801№-li şəhadətnamə sənədləri təqdim edilmişdir. Onun ov çantasına baxış keçrilmiş, heç bir ov qəniməti aşkar edilməmişdir. Bununla da vətəndaş Şəxs Azərbaycan Respublikası “Ovçuluq haqqında qanunun” və “Heyvanlar aləmi haqqında qanunun”, Nazirlə Kabinetinin 06 noyabr 2004-cü il tarixli 176 saylı qərarının tələblərini pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətdiyindən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş1000 (bir min) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan.Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar