Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-1187/2023 24.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ-16686315 saylı qərarından X2 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2023cü il tarixli, EQ-16686315 saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və İXM-nin 339.1-1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. X2 23 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, şikayətində bəzi dəqiqləşdirmələrin aparılması zərurətinə görə şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayətçi X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ-16686315 saylı qərarından verilmiş şikayətin geri qaytarılması barədə ərizə verildiyindən şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 114-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ-16686315 saylı qərarından X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-1187/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-1187/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver