Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-1192/2025 10.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə 09 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1317/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs dəymiş zərərə görə 7150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 92 manat alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatda özünü təqsirli hesab etməmiş, zərərçəkmiş şəxsə heç bir borcunun olmamasını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə aralarında heç bir pul mübahisəsinin olmadığını bildirərək işin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta törədən şəxsin izahatını, icra məmurunun mövqeyini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini və iş materiallarını araşdıraraq Şəxs barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 09 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun geri qaytarılması barədə Zərərçəkmiş şəxs ərizəsini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №3(073)-1192/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-1192/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver